Biologiya – Kimya

İlk dekan dos.Ə.Məmmədovdan sonra fakültəyə dos.K.Quliyev,dos.C.Lətifov, dos.M.Kazımov, prof.T.Qazıyev, dos.Z.Quliyev rəhbərlik etmişdir.1999-cu ildən hal-hazıra kimi dekan dos.A.Rüstəmovdur. O, 1939-cu ildə Azərbaycan Respublikasının Şuşa şəhərində anadan olmuş, 1964-cü ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu müddətdə Lenin təqaüdü almış, ictimai işlərdə fəal iştirak etmişdir. 1988-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji institutuna (indiki Gəncə Dövlət Universitetinə işə göndərilmişdir, 1971-ci ildən « Anatomiya, fiziologiya və zoologiya» kafedrasının dosentidir. Bir neçə seçki Universitet həmkarlar ittifaqı komitəsinin sədri seçilmişdir.

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 2009-cu il 22 aprel tarixli 241№li sərəncamı ilə Rüstəmov Adil Musa oğluna Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adı verilmişdir. 40-dan çox elmi-metodiki əsərin müəllifidir.

Tədris işləri üzrə dekan müavini dosent Həsənov Mirzə İsmayıl oğlu 1965-ci ildə Gəncə Dövlət Universitetinin (keçmiş H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji institutunun) «Biologiya və kənd təsərrüfatı əsasları» fakültəsinə qəbul olunub, 1969-cu ildə «Biologiya» ixtisasını Lenin təqaüdü ilə bitirmişdir. Laborant kimi əmək fəaliyyətinə «Botanika» kafedrasında başlamışdır. O, 1971-1974-cü illərdə Bakı Dövlət Universitetinin «Bitki fiziologiyası» kafedrasının əyani aspirantı olmuş və 1975-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-1995-ci illərdə «Botanika» kafedrasının müdiri vəzifəsində işləyib, 15 ildən çox Universitet elmi şurasının üzvü olub. Universitet tədris metodik Komissiyasının üzvü kimi də fəaliyyət göstərir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24.04.2009-cu il tarixli 11/209 saylı əmri ilə «Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif edilmişdir. 60-dan çox elmi metodiki əsərin müəllifidir.

Təlim-tərbiyə işləri üzrə dekan müavini İsmayılova Zilxumar Məmməd qızı 1968-ci ildə Gəncə Dövlət Universitetinin (keçmiş H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji institutunun) «Biologiya və kimya» fakültəsini bitirmiş və Yevlax rayonunda müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Azərbaycan milli elmlər akademiyasının «Botanika» institutunda aspiranturaya daxil olmuş, 1978-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, alimlik dərəcəsi almışdır. 1966-cı ildən Botanika kafedrasında baş müəllim, dosent, 2001-2006-cı illərdə Botanika kafedrasının müdiri işləmişdir. Fakültə elmi şurasının üzvüdür. 50-yə qədər elmi metodiki əsərin müəllifidir.

Dekan müavini dosent Alverdiyev İsfəndiyar Cavid oğlu Gəncə Dövlət Universitetinin (keçmiş H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji institutunun) «Biologiya və kimya» fakültəsini fərqlənmə diplomu ilə bitirib «Kimya və təbiətşünaslıq» kafedrasında stajçı müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 2004-cü ildə namizədlik dissertasiyasını müdafiə emiş və 27 elmi metodiki əsərin müəllifidir. Hazırda «Kimya» kafedrasının dosentidir.

Bütün ixtisaslarda yeni tədris sisteminə keçilməsi ilə əlaqədar birinci kurslarda tyutor xidməti təşkil edilmiş və «Botanika» kafedrasının dosenti Y.Cəfərov rektorluğun 26.12.2007-ci il tarixli 1/308 saylı əmri ilə tyutor kimi rəsmiləşdirilmişdir. O, tədris planı müəllimlərin işçi tədris planları və tələbəlrin fərdi tədris planlarının tərtibində öz üzərinə düşən vəzifəni yerinə yetirir.

Biologiya-kimya fakültəsinin 4 ixtisas kafedrası var. «Anatomiya,fiziologiya və zoologiya», «Botanika», «Kimya», «Ekologiya və təbiəti mühafizə».

Kafedralarda 132 nəfər pof.müəllim və tədris köməkçi heyəti fəaliyyət göstərir. Bunlardan 3 nəfər professor, 24 nəfəri dosent, 2 nəfəri dosent əvəzi , 7 nəfəri elmlər namizədi baş müəllim, 22 nəfəri baş müəllim, 26 nəfəri müəllim , 6 nəfəri laboratoriya müdiri, 27 nəfəri baş laborant ,14 nəfəri laborant və 1 nəfəri preparatordur.

Fakültədə səkkiz ixtisas üzrə mütəxəssis hazırlanır. «Biologiya», «Kimya», «Kimya və biologiya müəllimliyi», «Kimya müəllimliyi», «Biologiya müəllimliyi», «Biologiya və gigiyena» , «Ekologiya», «Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması».

2009-2010-cu tədris ilində fakültədə 507 nəfər təhsil alır. Bunlardan Bakalavr pilləsində 457 və magistratura pilləsində isə 50 nəfər oxuyur. Birinci pillədə təhsil alanların 257 nəfəri ödənişli və 200 nəfəri isə ödənişsizdir.Magistrantların 15 nəfəri dövlət hesablı, 35 nəfəri ödənişlidir.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s