Botanika

Botanika kafedrası Gəncə Dövlət Universitetinin Kimya-biologiya, və biologiya ixtisası üzrə müəllim kadrlarının hazırlanması və Azərbaycanın qərb zonasının bitki örtyünün tədqiqi ilə məşğul olan fundamental kafedralarından biridir. Kafedra 70 il ərzində çətin, şərəfli inkişaf yolu keçərək, Respublikanın biologiya təmayüllü Ali məktəb kafedaraları arasında yeri və mövqei olan kafedralardan birinə çevrilmişdir.
Azərbaycan Xalq Komisarlar Sovetinin 14 aprel 1938-ci il tarixli qərarı ilə Kirovabad şəhərində (indiki Gəncə şəhəri) ikiillik müəllimlər institutu yaradılmışdır. Bu təhsil ocağı fəaliyyətə başladığı dövrdə iki fakültədən biri «Təbiyyat» fakültəsi olmuşdur. Burada botanika ixtisasna daxil olmaqla bütün fənlər «Təbiyyatşünaslıq» kafedrasında cəmlənmişdir. 1939-cu ildə ixtisas fənni olaraq müstəqil Botanika kafedrası yaradılır. Bu dövrdə kafedrada cəmi 2 müəllim – Ələkbər Quliyev (kafedra müdiri) və Məmməd Abbasov əvəzçiliklə işləyirdi. İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar tələbə kontingentinin azalması ilə bir sıra kafedralar birləşdirilir. 1942-ci ildə «Təbiyyatşünaslıq» kafedrası yenidən təşkil olunur. Dos.Qasım Qəmbəroğlu kafedraya əvəzçiliklə müdir təyin edilir. 1943- cü ildə ikiillik müəllimlər institunun əsasında H.Zərdabi adına Kirovabad Dövlət Pelaqoji İnstitutu (indiki GDU) yaradılır və «Təbiyyatşünaslıq» kafedrasının ixtisaslı müəllimlərlə təmin olunması bir vəzifə kimi qarşıya qoyulur və yenidən müstəqil Botanika kafedrası yaranır. Kafedraya Səlimə Osmanzadə müdir təyin olunur və o bu vəzifədə 1945-1948-ci illərdə işləyir. S.Osmanzadə həm müəllim, həm də təşkilatçı kimi kafedranın maddi texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, ixtisaslı müəllim kadrlarının seçilməsi sahəsində kafedraya vicdanla köməklik göstərər. Müharibədən sonrakı ilk quruculuq dövründə ildən-ilə kafedra üzvlərinin sayı artır, dərəcəli müəllimlər çoxalır.1947-1948-ci tədris ilində kafedrada 3 nəfər elmi dərəcəli müəllim işləmişdir (S.Osmanzadə, Q.Qəmbəroğlu,Mirəli Axundov). Bir il sonra «Botanika və zoologiya» adlanan kafedra üzvlərinin sayı 7 nəfərə ça -tır. 1949-1950-ci tədris ilində yenidən sərbəst «Botanika» kafedrası yaradılır. 1947-1950 ci ildə kafedraya dos. (sonradan akademik) Ə.Quliyev rəhbərlik edir. 1951-1952-ci tədris ilində kafedranın tərkibi dəyişilir.Kafedraya tanınmış mütəxəssislər gəlməklə, tədris və elmi işlərin səviyyəsi nəzərə carpacaq dərəcədə yüksəlir. Biologiya elmləri doktoru, professor (sonradan akademik)Validə Tutayukun (1950-1952), kənd təsərrüfatı elmləri doktoru, professor Dövlət mükafatı laureatı Mirzə Sadıqovun (1952-1955) kafedraya başçılıq etmələri kafedranın tədris və elmi işlərinə öz müsbət təsirini göstərmişdir.
1955 – ci ildən etibarən biologiya elmləri namizədi Cəlal Bağırov və dosent Cavid Babayevin ştata gəlmələri ilə kafedra əvzçiliklə işləyən müdirlərdən azad olunur.1955-ci ilin sentyabrından 1956-cı ilin aprelinədək kafedra müdirliyi vəzifəsini b.e.n. C.Bağırov aparır. 1956-cı ilin aprelindən 1958-ci ilin sonuna kimi həmin vəzifədə C.Babayev çalışır.
1959-1960-cı tədris ilində «Botanika» kafedrasında kənd təsərrüfatı əsasları fənnlərinin və onların ümumi saatlarının artması hesabına kafedra əsasında «Botanika» və «Kənd təsərrüfatı əsasları» kafedraları təşkil olunur. Prof.M.Sadıqov«Kənd təsərrüfatı əsasları» kafedrasının müdiri . «Botanika» kafedrasına biologiya elmləri namizədi Tofiq Qazıyev seçilir. Kafedra müdiri vəzifəsini dos. Abbas Həsənovun (1971-1973-cü illərdə) icra etməsini nəzər almasaq, biologiya elmləri doktoru, professor T.Qazıyev 1959-1990-cı illərdə 30 ilə yaxın kafedraya rəhbərlik etmişdir. Prof. T.Qazıyevin kafedraya rəhbərlik etdiyi illərdə kafedra yüksək ixtisaslı müəllim və elmi kadrların hazırlanmasında böyük işlər görülmüşdür. Prof. T.Qazıyevin rəhbərliyi ilə Z.Quliyev, V.Həsənov, M.Abbasov, M.Seyidov, R.Heydərov namizədlik dissertasiyaları müdafiə etmişlər. Pedaqoji institutlar üçün hazırlanmış ilk “Bitki fiziologiyüası”» dərsliyinin müəllifi də prof.T.Qazıyev olmuşdur.
1965-1975-ci illərdə Botanika kafedrasında görkəmli botanik biologiya elmləri doktoru, professor Rza Rzazadə işləmişdir. Həmin dövrü kafedranın herbari fondunun zənginləşməsi, elmi ekspedisiyaların fəaliyyətinin bərpa olunması, tələbələrin botanika istiqamətində elmi tədqiqat işlərinə meylinin artması dövrü adlandırıla bilər.
Botanika kafedrasında uzun müddət işləmiş və dünyasını dəyişmiş prof.Tofiq Qazıyev, prof.Rza Rzazadə,dos. Abbas Həsənov, dos. Həmid Abdullayev, b/m Ayşə Abdullayeva, b/m Yaqut İsmayılova kimi pedaqoqların əməyi unudulmazdır.
Sonrakı illərdə kafedranın yetişdirmələri b.e.n., dos.Mirzə Həsənov (1990-1996), b.e.n.,dos. Razim Heydərov (1996-2001), b.e.n. dos. Zilxumar İsmayılova (2001-2006) kafedraya rəhbərlik etmişlər. Onlar kafedranın ənənələrini davam etdirərək öz vəzifələrini ləyaqətlə yerinə yetirmişlər. Ömrlərini «Botanika» elminin müxtəlif problemlərinin öyrənilməsinə həsr etmiş b.e.d. prof. Tofiq Qazıyev, b.e.d.Aydın Sadıqov, Azərbaycan MEA-nın müxbir üzvü, biologiya elmləri doktoru Səlim Musayev, b.e.d., prof. Vahid Quliyev, b.e.d., prof.Vaqif Novruzov. b.e.d. Oruc İbadlı, b.e.d. Eldar Novruzov, b.e.n.,dos. Mirzə Həsənov, b.e.n. Zilxumar İsmayılova, b.e.n. dos. Razim Heydərov və onlarla başqaları elmi estafetə Botanika kafedrasının «Botanika» dərnəyindən başlamışlar.
2006-cı ilin aprel ayından kafedranın yetişdirməsi biologiya elmləri doktoru professor Vaqif Novruzov Botanika kafedrasına rəhbərlik edir.
Botanika kafedrasının əməkdaşları “Azərbaycanın qərb zonasının yabani florasının yaşıllaşdırmada istifadə olunması»,«Azərbaycanın qərb zonasının dərman bitkilərinin bioekoloji xüsusiyyətləri» və s. mövzusunda elmi tədqiqat işlərini aparılmışdır. Elmi tədqiqatların nəticələri Universitetin, AMEA-nın «Xəbərləri» və «Məruzələri», AMEA Botanika İnstitunun Elmi əsərləri, Botanika bağlarına dair Beynəlxalq elmi konfransın materialları, AMEA Gəncə Regional Elm mərkəzinin «Xəbərləri», Nalcik, Mahacqala, İstanbul, Malatyada(Türkiyə) keçirilən Beynəlxalq konfransların materiallarında, 2005-ci ildə Botaniklərin Viennada (Avstriya) keçirilən XVII Beynəlxalq Konqresində «Cənubi Qafqazda bioloji müxtəlifliyin öyrənilməsi və genofondun qorunmasına» dair kafedra əməkdaşlarının 2 elmi məqaləsi çap olunub. Kafedra əməkdaşlarının 300-dən çox dərs vəsaiti, metodik vəsait və elmi məqalələri çap olunmuşdur.
Tələbələr elmi-tədqiqat işlərinə cəlb olunmuşdur. 2006-2010-cu illərdə
50 qədər tələbə və magistr konfranslarda çıxış edərək elmi məqalələri çap olunmuşdur.
Hazırda kafedrada müəllimlik sənətinin sirlərinə bələd olan 3 nəsilin 15 nəfər işgüzar professor-müəllim kollektivi çalışır. Birinci nəslə kafedranın pedaqoji kollektivinin dayağı sayılan dos. Cəlal Bağırov, dos. Nabat Muradova, b/m Solmaz Seyidova, ikinci nəslə birinci nəslin ənənələrini müvəffəqiyyətlə davam etdirən, kafedranın əsas tədris və elmi tədqiqat işlərinin ağırlığını üzərinə götürən prof. Vaqif Novruzov, dos. Mirzə Həsənov, Dos. Razim Heydərov, dos. Zilxumar İsmayılova, dos. Məhəmmədiyə Qazıyev, dos. Yaqub Cəfərov, b/m Fizuli Bayramovdur. Üçüncü gənc nəslin nümayəndələri olan dos. Aynur Bayramova 2008-ci ildə müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır,.hazırda doktorluq dissertasiyası üzərində işləyir. B/m Zərifə Tağıyeva, b/m Yeganə Aslanova, b/m Aynur Hüseynzadə tədris prosesi ilə yanaşı namizədlik dissertasiyaları üzərində müvəffəqiyyətlə çalışırlar.
Dos. N. Muradova Azərbaycan Respublikası Rəyasət Heyətinin fərmanı ilə «Fəxri Ali məktəb işçisi» adına layiq görülmüşdür.
Dos. Z.İsmayılova «Taxılların senopopulyasiyalarının» tədqiqi sahəsinddəki xidmətlərinə görə Amerika Bioqrafiya İnstitutu tərəfindən adı Beynəlxalq fəxri kitaba daxil olunmaqla, qızıl medala layiq görülmüş, 2001-2005-ci illərin «İşgüzar qadının» fəxri adı verilmişdir. 2009-2010 -cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının qərarı ilə dos.M.Həsənov das.Y.Cəfərov “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür. Prof.V.S.Novruzova Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının əməkdar elm xadimi» fəxri adı verilmişdir.
Kafedrada tədris edilən əsas fənlər:
1.Botanika
2.Bitki anatomiyası və morfologiyası
3.İbtidai bitkilər sistematikası
4.Ali bitkilər sistematikası
5.Bitki fiziologiyası
6.Mikrobiologiya və virusologiya
7.Torpaqşünaslıq
8.Kənd təsərrüfatının kimyalaşdırılması
9.Mikologiya
10.Bitki ekologiyası
11.Fitosenologiya
12.Enzimologiya
13.Dərman bitkiləri
14.Bitki ehtiyatları
Kafedrada həmçinin magistr tədris proqramında nəzərdə tutulan müxtəlif fənnlər tədris olunur. Kafedrada “Botanika” və “Bitki fiziologiyası“,”Mikologiya” ixtisasları üzrə 10 magistr təhsil alır. İki aspirant və 3 dissertant namizədlik dissertasiyası, 1 nəfər doktorluq dissertasiyası üzərində işləyir. Kafedranın nəzdində bitki anatomiyası-morfologiyası, Bitki sistematikası və Bitki fiziologiyası tədris laboratoriyaları vardır. Kafedra M.V.Lomonosov adına MDU, Rusiya EA Botanika Institutu (Sankt-Peterburq), Ukrayna EA Botanika Institutu (Kiyev, Tartu Dövlət Universiteti (Estoniya), Upsala (Isveçrə), Kopenhagen (Danimarka), Mark Blok adına Strasburq (Fransa), Istanbul, Adana, Mərmərə, Anadolu, (Türkiyə), Hohenheym (Almaniya) Avstriya (Vienna), Tuscia (Viterbo) Universitetləri ilə elmi əməkdaşlıq əlaqələrini davam etdirir.
Kafedrada 15 nəfər professor-müəllim, 12 nəfər tədris-köməkçi heyət çalışır.
1 .Novruzov V.S. professor.
2 .Ismayılova Z.M. dosent
3 .Muradova N.C. dosent
4 .Bağırov C.M. dosent
5 .Həsənov M.I. dosent
6 .Heydərov R.M. dosent
7 .Qazıyev M.T. dosent
8 .Cəfərov Y.M. dosent
9 .Bayramova A.A. dosent
10 .Seyidova S.S. baş müəllim
11 .Bayramov F.I. baş müəllim
12 .Tağıyeva Z.I. baş müəllim
13 .Aslanova Y.A. baş müəllim
14 .Hüseynzadə A.S. baş müəllim
15 .Məmmədova R.M. müəllim
16 .Seyfullazadə F.C. laboratoriya müdiri
17 .Alverdiyeva Z.Y. baş laborant
18 .Nurullayeva A. B. baş laborant
19 .Qədimova A. S. baş laborant
20 .Ənnağıyeva G.T. baş laborant
21 .Mirzəyeva S.T. baş laborant
22 .Həsənova G.A. preparator
23 .Ramazanova M.R. laborant
24 .Əhmədova A.M. laborant
25 .Qasımova N.Q. laborant
26 .Hüseynova E.Ə. laborant
27 .Əliyeva A. laborant
«Bioloji müxtəlifliyə dair Beynəlxalq Konvensiyaya» uyğun olaraq Azərbayjanda bioloji müxtəlifliyin mühafizəsi üçün akademik C.Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış « Milli strategiya» və Prezident I.Əliyevin 24 mart 2006-cı il tarixli 1368 №-li sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət planı»na müvafiq olaraq Gəncə Dövlət Universitetinin Botanika kafedrasında professor-müəllim heyəti tərəfindən «Azərbaycanın qərb zonasının flora biolomüxtəlifliyi və genofondun mühafizəsi» probleminin 2 mövzusu üzrə:
1. “Göy- Göl qoruğunun bitki örtüyünün (növ tərkibi, bioekoloji, fitosenotik xüsusiyyətləri və dinamikası)” tədqiqi;
2. “Nadir və nəsli kəsilməkdə olan bəzi bitkilərin biomorfoloji və anatomik quruluş xüsusiyyətləri” elmi tədqiqatlar aparılır.
2006-2010-cu illərdə Göy-Göl,Eldar şamlığı qoruqlarında,Gədəbəy Şəmkir rayonlarının yüksək dağlığında, Şəmkir rayonunun Dağlıc dağında təşkil olunmuş elmi ekspedisiyalarda professor-müəllim heyəti, magistr və tələbələr iştirak etmişlər. Həmin ənənələr bu gün də davam etdirilir.
Ekspedisiyalar nəticəsində Göy-göl, Eldar şamlığı qoruqlarının şibyə, mamır florası və mikobiotasının bioloji müxtəlifliyi kompleks şəkildə öyrənilmişdir. Qoruq rejiminin genofondun saxlanmasında rolu açıqlanaraq, Azərbaycanın qərb zonasının bitki örtüyündə baş verə biləcək antropogen dəyişilmələrin qiymətləndirilməsi və proqnozlaşdırılması üçn Göy-göl, Eldar şamlığı qoruqlarından bioloji poliqon kimi istifadə olunma imkanları araşdırılmışdır. Gədəbəy rayonunun yüksək dağlığına, Dağlıc dağına təşkil olunmuş elmi ekspedisiyalarda mövzu iştirakçıları, aspirant, disssertan, magistrlər,bakalavrlar və laborant texniki heyət ekspedisiyada iştirak etmişdir. Yığılmış materiallar əsasında kafedranın herbari fondu, tədris prosesi üçün canlı material xeyli zənginləşmişdir. Ekspedisiyanın elmi nəticələri coxcildli “Azərbaycan florası” və Azərbaycanın “Qırmızı kitabı”nın yeni nəşrlərinin tərtibində istifadə olunacaqdır.
Botanika kafedrasının professor müəllim heyəti
Dosent Həsənov Mirzə İsmayıl oğlu 1941-ci ildə Xanlar rayonunun Fadılı kəndində anadan olmuşdur. 1959-cu ildə S.M.Kirov adına Kirovabad (indiki Gəncə) kənd təsərrüfatı texnikumuna daxil olub, 1962-ci ildə fərqlənmə diplomu ilə qurtarmışdır. 1963-cü ildən 1965-ci ilə kimi Xanlar rayonu N.Nərimanov adına kənd orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyib. 1965-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji institutunun (indiki Gəncə Dövlət Universiteti) Biologiya-kimya fakültəsinə daxil olub, 1969-cu ildə həmin fakültənin biologiya ixtisasını Lenin təqaüdü ilə bitirmişdir. Təyinat komissiyasının qərarı ilə institutda saxlanılıb, Botanika kafedrasında laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1971-ci ildə institut elmi şurasının zəmanəti ilə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) məqsədli aspiranturasına göndərilib. 1975-ci ildə «Mikroelementlər və hibberellinin üzüm bitkisində gedən fizioloji-biokimyəvi proseslərə təsiri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1991-1995-ci illərdə Botanika kafedrasının müdiri işləmiş, 2002-ci ildən tədris işləri üzrə dekan müavinidir. Botanika və bitki fiziologiyası fənlərini tədris edir. 50-dən çox elmi-metodiki əsəri nəşr olunmuşdur. Fakültə elmi şurasının üzvü, Universitet metodik komissiyasının katibidir. Dəfələrlə rektorluğun təşəkkürünə və fəxri fərmanına layiq görülmüşdür. 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” adı verilmişdir.
Dosent İsmayılova Zilxumar Məmməd qızı.1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1960-cı ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitunun (indiki GDU) biologiya və kənd təsərrüfatı istehsalının əsasları fakültəsinə daxil olub, 1967-ci ildə həmin institutu bitirib, təyinatla gənc mütəxəssis kimi Yevlax rayonunun Salahlı kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1969-1971-ci illərdə Bakı şəhər məktəblərində müəllim işləməklə bərabər, Azərbaycan EA Botanika Institunun aspiranturasına daxil olmuşdur. 1978-ci ildə «Böyük Qafqazın yüksək dağlarında topalın (Festuca ovina,F.supina) senopopulyasiyası» mövzusunda namizədlik dissertasiyası müdafiə edib, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1996-cı ildən GDU-nin botanika kafedrasında baş müəllim, dosent, 2001-2006-cı illərdə GDU-nin botanika kafedrasının müdiri, Hal-hazırda botanika kafedrasının dosenti, eyni zamanda ictimai əsaslarla Biologiya-kimya fakültəsinin təlim-tərbiyə işləri üzrə dekan müavinidir. Fakültə elmi şurasının üzvüdür. 1999-cu ildə dosent elmi adını almışdır. «Taxılların senopopulyasiyalarının» tədqiqi sahəsindəki xidmətlərinə görə Amerika Bioqrafıya Institutu tərəfindən adı Beynəlxalq fəxri kitaba daxil olunmaqla, qızıl medala layiq görülmüş, 2001-2005-ci illərin «lşgüzar qadını» fəxri adını alıb. Botanikanın nəzəri və metodik problemlərinə dair 50 elmi işi, o cümlədən 5 dərs vəsaiti, proqram və metodik göstərişləri çap olunmuşdur. Təlim-tərbiyyə işləri üzrə dekan müavinidir.
Dosent. Bağırov Cəlal Mirələsgər oğlu, Azərbaycan Kənd təsərrüfat institunun “Meşə təsərrüfatı üzrə fakultəyə daxil olmuşdur. “Meşə təsərrüfatı mühəndisi” ixtisasını almışdır. 1951-ci ildə aspiranturaya daxil olmuş,1954-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1961-ci ildə dosent adı almışdır. 1955-ci ildən Botanika kafedrasında dosentidir. 50-qədər elmi məqalə, dərs vəsaiti, proqram və metodik vəsaitləri çap olunmuşdur.
Dosent. Muradova Nabat Cəfər qızı, Azərbaycan Kənd Təsərrüfatı institunun üzümçülük – meyvə – tərəvəzçilik fakültəsini fərqlənmə diplomu ilə bitirərmişdir. 1953-1956-ci illərdə Moskvada K.A.Timiryazıyev adına “Bitgi fiziologiyası” institutunun aspirantı olmuşdur. 1956-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1956-1964-cü illərdə Azərbaycan elmi – tətqiqat Pambıqçılıq institutunun bitgi fiziologiya şöbələrində baş elmi işçi vəzifəsində çalışmış. 1964-cu ildən bu günədək GDU-nin Botanika kafedrasının dosenti vəzifəsində çalışır. Həmin müddətdə pedaqoji fəaliyyətini müvəfəqiyyətə davam etdirir və bir çox fənnlərin tədisi ilə məşğul olur. Universitetin qadınlar şurasının sədri, fakültə elmi şuranın üzvi kimi tələbələrin təlim – tərbiyyəsində fəal iştirak etmişdir. 60-a qədər elmi məqalənin, 7 metodik vəsaitinin müəllifidir. Dəfələrlə keçmiş ittifaqın bir çox şəhərlərində Moskva, Kiyev, Minskidə keçirilən elmi simpoziu konfransların iştirakçısı olmuş, məruzə və çıxışlar etişdir. 3 iyun 1981-ci ildə Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə “Əməkdar ali məktə işçiləri” fəxri ada layiq görülmüşdür.
Dosent. Qazıyev Məhəmmədiyyə Tacəddin oğlu- 1975-ci ildə AzKTİ-nun meyvə – tərəvəz və üzümçülük fakültəsinin bitirib. 1976-ci ildə Az.E.T.B.M.İnstitutunun əyani aspiranturasına qəbul olunmuş. Ümumittifaq Bitkiləri mühazirə institunun professoru A.V. Voevodinin rəhbərliyi ilə 1981-ci ildə Kişinev şəhərindəki Kənd təsərrüfatı institunda müdafiə edərək kənd – təsərrüfatı elmləri namizədi elmi dərəcəsini almışdır. 1993-cü ildən indiyə qədər baş müəllim və dosent vəzifələrində işləmişdir. 60-qədər elmi-metodik məqalələri çap olunmuşdur.
Dosent. Cəfərov Yaqub Məmmədəli oğlu-1986-ci ildə Azərb. KTİ-nun “Bitki müha- fizəsi” fakültəsini fəqrlənmə diplomu ilə bitirmişdir. Təyinatla Az.ET. Bitki Mühafizəsi institutuna işə göndərilmişdir. 1986-1999-cu illərdə həmin institutda kiçik elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır.1986-1999-cu illərdə “Bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi” ixtisas üzrə əyani aspirantura təhsili almış, Rusiya Kənd Təsərrüfatı EA-nın müxbir üzvü A.F.Çenkinin rəhbərliyi ilə 1996-cı ildə namizədlik dissertasiyasını müdafiə edərək, biolologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2001-ci ildən GDU-nin Botanika kafedrasında baş müəllim, 2006-ci ildən dosent əvəzidir. Pedaqoji fəaliyyəti dövründə bir çox fənnləri tədris etmişdir. 30-qədər elmi məqalə, proqramı və metodik tövsiyələri olunmuşdur. Universitetin və fakültənin ictimai işlərində fəal iştirak edir. Fakültə EŞ-nın üzvü və fakültədə tədris məsləhətçisidir.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s