Kimya

Gəncə Dövlət Universtetinin (keçmiş Kirovabad Dövlət Pedaqoci İnstitutu) kimya kafedrasının yaranma tarixi təxminən 1946-1950-ci illərə təsadüf edir. O vaxtdan yenicə fəaliyyətə başlayan kafedrada artıq elm aləmində tanınmış alimlər, o cümlədən, dos. Ələsgər Məmmədov, prof. Arif Mambetov, prof. Həzrət Səfərov, prof. İsmayıl Qəribov, kafedra müdiri Hacı Hacıyev (o eyni zamanda tədris işləri üzrə prorektor idi) prof. Mirzə Sadıqov, həmçinin akademik Validə Totayuq, dos. Hidayət Abdullayev, dos.Qasım Qəmbəroğlu, prof.T.Qaziyev və başqaları fəaliyyət göstərirdilər.

1957-ci ildən ibarət kafedranın problem mövzusu «Polifunksional tərkibli üzvi və element üzvi (C, Si, Ge, Sn, N, S) birləşmələrin sintezi və tədqiqi»dir. Son zamanlar isə kafedrada elmi-tədqiqat işlərinin müxtəlif sahələr üzrə aparılması nəticəsində yeni istiqamətlərdə meydana gəlmişdir ki, bunlardanAzərbaycanın Qərb bölgəsində yayılan bitki və meyvələrdə fizioloci-aktiv maddələrin və alüminium-oksid istehsalı tullantılarından aşqarların (TiO2, Fe3O4, Al2O3) çıxarılması problemlərini göstərmək olar.Fəaliyyətə başladığı dövrdən bu günə qədər kafedrada tədris və elmi–tədqiqat işləri prioritet istiqamət olmuşdur. Müəlliflər öz pedaqoci fəaliyyətinin səmərəliliyini artırmaq üçün vaxtaşırı ixtisasartırma kurslarına göndərilirlər. Belə dissertantlardan kafedranın baş müəllimləri A.Məmmədova və M.Rzayevanı göstərmək olar ki, onların apardıqları tədqiqat işlərinin nəticəsi 3 patentə layiq görülmüş, işlərin əsas məzmunu isə Moskvada ingilis dilində nəşr edilmişdir. Əvvəllər iki kafedra kimi fəaliyyət göstərən (üzvi və qeyri-üzvi kimya) kafedralar birləşdirilərək onun əsasında bir kimya kafedrası yaradılmışdır ki, ona da hazırda 40 ildən artıq elmi-pedaqoci fəaliyyətlə məşğul olan kimya elmləri namizədi, dosent Qulu Baba oğlu Qurbanov rəhbərlik edir. Hazırda kimya kafedrasının ştat tərkibi belədir:

2 professor, 8 dosent, 1 dos.əvəzi, 4 k.e.n. baş müəllim, 7 baş müəllim, 11 assistent. Başqa sözlə kafedranın 33 nəfər professor-müəllim, 22 nəfər isə laborant texniki heyyəti vardır.

Kafedrada tədris proqramlarının hazırlanması işini qənaətbəxş hesab etmək olar, beləki indiyə qədər kafedranın qabaqcıl müəllimlərinin iştirakı ilə bir sıra tədris prpoqramları hazırlanmış və onun əsasında mühazirə və laboratoriya məşğələləri aparılır.

Keçən tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə prof.E.Məmmədov və dos.Q.Qurbanovun «Üzvi kimya», dos. M.Vəliyev, dos. İ.Alverdiyev və k.e.n. Q.Ələkbərovun «Ümumi və qeyri-üzvi kimya», dos.əv. N.Ələkbərovun «Analitik kimya» fənlərə aid proqramları nəşr olunmuşdur. Bundan başqa prof. E.Məmmədov və dos. Q.Qurbanovun Təhsil Nazirliyinin qərarı ilə «Element üzvi birləşmələr kimyası» adlı (16 çap vərəqi) dərs vəsaiti ali məktəblərin kimya ixtisasları üçün nəzərdə tutularaq çap olunmuşdur. Uzun illər səmərəli elmi-pedaqoci fəaliyyətinə görə prof. İ.Aslanov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Respublikanın Əməkdar müəllimi», həmçinin «Qabaqcıl Təhsil İşçisi», dos. Q.Qurbanov «Respublikanın Qabaqcıl Təhsil işçisi» adına, dos.H.Kərimov və dos.əv. N.Ələkbərov Universitetinin Fəxri Fərmanına layiq görülmüşdür.

Orta məktəbi qızı medalla bitirən Qulu Baba oğlu Qurbanov 1965-ci ildə yalnız kimya fənnindən qəbul imtahanı verib əla qiymət alaraq Bakı Dövlət Universitetinin kimya fakultəsinə daxil olmuşdur. 1970-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirərək Respublika Ali və Orta İxtisas Nazirliyinin təyinatına əsasən H.Zərdabi adına Gəncə Dövlət Pedaqoci İnstitutuna müəllim işləməyə göndərilir. Burada bir il üzvi kimya və kimya texnologiyası kafedrasında müəllim işlədikdən sonra institut Elmi Şurasının qərarı ilə Bakı Dövlət Universitetinin kimya fakultəsinin üzvi kimya kafedrasında aspiranturaya daxil olur. Kimya elmləri doktoru, prof. Şamil Əhmədov və kimya elmləri namizədi, dos.Zara Əliyevanın rəhbərliyi altında «Aromatik tiolların sintezi, çevrilmələri və onların metalların korroziyasında ingibitor kimi tədqiqi» mövzusunda dissertasiya işi üzərində uğurla tədqiqat işi apararaq 1976-cı ildə Bakı Dövlət Universitetinin İxtisaslaşdırılmış Elmi Şurasında müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.Bundan sonra Qulu Qurbanov elmi-pedaqoci fəaliyyətini 1980-ci ilə qədər Gəncə Pedaqoci İnstitutunda, 1980-ci ilin dekabrından 2004-cü ilin fevralına kimi Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında və 2001-ci ildən indiyə qədər Gəncə Dövlət Universitetinin kimya kafedrasında dosent kimi davam etdirir. Ali məktəbdə 40 illik elmi-pedaqoci fəaliyyəti dövründən onun 175-dən çox elmi əsərləri, o cümlədən 30-dan artıq dərs və metodik vəsaiti, Ali Təhsil Nazirliyi tərəfindən dərs vəsaitləri kimi təsdiq edilmiş 16 ç.v. həcmində «Elementüzvi birləşmələr kimyası və 11 ç.v. həcmində «Beş- və altıüzvlü heterotsiklik birləşmələr» adlı dərs vəsaitləri, 138 ədəd elmi məqaləsi çap olunmuş, həmçinin 4 müəlliflik şəhadətnaməsinə və 3 patent ixtiraya layiq görülmüşdür. Q.Qurbanovun dərs vəsaitləri olan «Yüksək molekullu birləşmələr kimyası», «Üzvi kimya», «Azotlu üzvi birləşmələr», «Bitkilər müalicə mənbəyidir», «Kompleks birləşmələr», «Vitaminlər və onların bioloci təsiri» və s. hazırda tələbə və müəllimlər tərəfindən geniş istifadə olunur.

2009-cu ilin yanvarından kimya kafedrasının müdiri işləyən dos.Qulu Qurbanov təhsildə qazandığı uğurlara görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif edilmişdir.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s