Azərbaycan dilinin tədrisi

Azərbaycan dilinin tədrisi kafedrası 2003-cü ildən fəaliyyət göstərir. 2005-ci ilədək kafedraya prof. Şəfiqə Yusifli təhbərlik etmişdir. Hazırda kafedrada 16 nəfər müəlim çalışır. Onların 4 nəfəri dosent, 1 nəfəri pedaqoji elmrə namizədi baş müəllim, 7 nəfəri baş müəllim, 4 nəfəri müəllim, 7 nəfər texniki heyət çalışır.

1. Bağırova Göyərçin İmran qızı – Dosent.

2. Hüseynova Gülrux Nəsib qızı – Dosent.

3. Cəfərova Ziyafət Bayramqulu qızı – Dosent.

4. Quliyeva Tahirə Əbdürrəhman qızı – Dosent.

5. Məmmədov Ələddin Sarı oğlu – Pedaqoji elmləri namizədi, baş müəllim.

6. Kubışev Nadir Hüseyn oğlu – Baş müəllim.

7. Əliyeva Səkinəxanım Xankişi qızı – Baş müəlim.

8. Nuriyeva Südabə Qasım qızı – Baş müəllim.

9. Məmmədova Firdus Dünyamalı qızı – Baş müəllim.

10. Əliyeva Elmira Paşa qızı – Baş müəllim.

11. Hüseynova Tünzalə Yusif qızı – Baş müəllim.

12. Ələsgərov Zakir Aslan oğlu – Baş müəllim.

13. Əliyeva Fatma Almaz qızı – Müəllim.

14. Mahmudova Mətanət Nəriman qızı – Müəllim.

15. Muxtarova Aytən Ərzula qızı – Müəllim.

16. Niyazova İlhamə Zahid qızı – Müəllim.Texniki heyət.

17. Tağıyeva Rahilə Tahir qızı – baş lobarant.

18. Mustafayeva Sərmayə Qara qızı – baş laborant.

19. Qapçıyeva Rahidə Paşa qızı – baş laborant.

20. Pirməmmədova Brilyant Baba qızı – baş laborant.

21. Kazımova İlahə Eyyub qızı – baş laborant.

22. Hüseynova Güldanə Elman qızı – laborant.

23. Kazimi Rəna Əli qızı – laborant.

2005-ci ildən kafedraya filologiya elmləri namizədi, dosent Gülrux Nəsib qızı Əsgərova rəhbərlik edir. O, 1970-ci ildə işlədiyi universitetin filologiya fakültəsini bitirmiş, 1986-cı ildə «Folklorda şəxs adları» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi adına layiq görülmüşdür. 50-yə yaxın elmi-metodik məqalənin, dörd metodik göstərişin, «Azərbaycan folklor antroponimikası» adlı dərs vəsaitinin müəlliflərindən biri, «Azərbaycan dili» (oxu materialları və çalışmalar) rus qruplarında təhsil alan tələbələr üçün metodik vəsaitin müəllifidir. O, gənc nəslə elmlərin əsasını dərindən öyrətmək, onların elmi dünyabaxışlarını formalaşdırmaq üçün həmişə yeni üsullar axtarır. Öz ixtisasına dərindən bələd olan, bütün varlığı ilə sənətini sevən, işi ilə tələbələrə münasibətilə, nikbin ünsiyyəti ilə seçilən, kafedranın qocaman müəllimlərindən olan pedaqoji elmlər namizədi, dosent Göyərçin Bağırova 63 ildir ki, pedaqoji sahədə çalışır, 46 ildir ki, filologiya fakültəsində «Azərbaycan dilinin tədrisi metodikası» fənnini tədris edir. Çalışır ki, bu günün gənc tələbələri sabahın ən bilikli müəllimi olsun. Onun 50-yə yaxın elmi-metodiki, 4 tədris vəsaiti, müxtəlif məzmunlu məqalələri müxtəlif qəzet və jurnallarda dərc olunmuşdur.

Z.B.Cəfərova 2003-cü ildən Gəncə Dövlət Universiteti, Azərbaycan dilinin tədrisi kafedrasında baş müəllim, 2005-ci ildən dosent əvəzi, 2006-cı ildən isə dosent vəzifəsində çalışır. Z.B.Cəfərova pedaqoji fəaliyyətlə yanaşı, elmi-tədqiqat işi ilə məşğul olur. Onun 30-a yaxın elmi əsəri çap olunmuşdur.

Məmmədov Ələddin Sarı oğlu 1973-cü ildən universitetdə çalışır. 1986-cı ildə «İbtidai siniflərdə ədəbi tələffüzün öyrədilməsi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər namizədidir. 25 elmi məqalənin, 2 metodik tövsiyyənin, 1 metodik göstərişin müəllifidir.

Pedaqoji elmlər namizədi, dosent Quliyeva Tahirə Abdürrəhman qızı 1996-cı ildən universitetdə fəaliyyət göstərir. 2005-ci ildə «Azərbaycan dili dərslərində fonetik təhlildən istifadə üzrə işin sistemi» adlı namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi adına layiq görülmüşdür. 15 elmi-metodik məqalənin, 1 metodik tövsiyənin müəllifidir.

Kubışev Nadir Hüseyn oğlu 1962-ci ildən Gəncə Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat kafedrasında laborant, baş laborant, müəllim vəzifələrində çalışmışlar. Uzun illər «Azərbaycan dili» kafedrasının baş müəllimi, fakültə partiya təşkilatının katibi, fakültənin dekan müavini vəzifələrini aparmışdır. Hazırda «Azərbaycan dilinin tədrisi» kafedrasının baş müəllimi və Filologiya fakültəsinin tüytorudur. İndiyə kimi 45-dən çox elmi-metodik yazıları mətbuatda dərc edilmişdir.

Əliyeva Səkinəxanım Xankişi qızı 1964-cü ildə H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirərək təyinatla institutda əmək fəaliyyətinə başlamışdır. S.Əliyeva kafedrada əsasən «İbtidai siniflərdə ana dilinin tədrisi metodikası», «Nitq inkişafı» və «Nitq mədəniyyətinin əsasları» fənlərini tədris edir. Onun 20-dən artıq məqaləsi «İbtidai məktəb və məktəbəqədər tərbiyə», GDU-nun «Elmi əsərlər» məcmuəsində dərc olunmuşdur.

Kafedranın baş müəllimləri F.Məmmədova, S.Nuriyeva, E.Əliyeva, Z.Ələsgərov, T.Hüseynova və müəllim F.Əliyeva öz ixtisaslarına dərindən bələd olan, geniş nəzəri biliklərə malik, dilimizin incəliklərini tələbələrə mənimsətmək üçün tədris prosesində bütün imkanlardan yaradıcılıqla istifadə edirlər.

Kafedranın gəncə müəllimləri universitetimizin yetirmələri olan M.Mahmudova, İ.Niyazova, A.Muxtarova da təcrübəli müəllimlərdən lazımi məsləhətlər alır, tədris etdikləri fənlərin təlimində istifadə olunan metodların təkmilləşdirilməsi və müasir dərsə verilən tələblərin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışırlar.

Kafedranın müəllimləri tədris prosesilə yanaşı elmi-tədqiqat sahəsində də müəyyən işlər görmüş, «Azərbaycan dilinin tədrisinin aktual problemləri» mövzusu istiqamətində işləmişdir. Təhsil sistemində ilk növbədə, orta ümumtəhsil məktəblərində Azərbaycan dili təliminin təkmilləşdirilməsi üçün onun səmərəliliyinin yüksəldilməsi tələb olunur. Bu sahədə Azərbaycan dilinin öyrədilməsi bir vəzifə kimi qarşıya qoyulur. Buna görə də müəllimlərimiz elmi-tədqiqat işlərində əsasən şagirdlərin nitqinin formalaşmasında və inkişafında Azərbaycan dilinin tədrisinin qarşısında duran əsas vəzifələri göstərməklə, onların həlli yollarını açıqlamışlar.

Kafedrada keçirilən elmi-nəzəri seminarlarda, yığıncaqlarda tədrisin keyfiyyətini daha da yüksəltmək, tələbələrin bilik səviyyəsini genişləndirmək, gənc müəllimlərə lazımi məsləhət və istiqamət vermək üçün daim axtarışlar aparılır. Eyni zamanda pedaqoji təcrübənin təşkili, aparılması bu işə məsul, pedaqoji təcrübəyə malik müəllimlər tərəfindən yerinə yetirlir. Aydın və düzgün nəzəriyyə olmadan düzgün təcrübə də ola bilməz. Hər hansı fənni yaxşı tədris etmək üçün onun metodikasını və izah etdiyi fakt və hadisəni bilmək vacibdir. Azərbaycan dilinin tədrisi kafedrası universitetimizdə Azərbaycan dilinin elmi-tərbiyəvi əhəmiyətini müəyyənləşdirən və gələcəkdə bu fənn üzrə işləməyin məzmun, forma və üsullarını öyrətmək üçün bütün imkanlardan istifadə etməyə çalışır. Kafedranın ən mühüm vəzifələrindən biri metodikanın nəzəri əsaslarını öyrənib ümumiləşdirmək, tədris prosesinin qanunauyğunluqlarını açmaq, gənc nəsli müasir ruhda tərbiyə etmək, xalqımıza layiqli kadrlar yetişdirmək haqqında dövlətin qarşıya qoyuduğu tələblərə cavab verəcək səviyyədə hazırlamaqdır.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s