Ümumi fizika

Ümumi fizika kafedrası GDU-nin Elmi Şurasının qərarı və rektorun 10.06.2003 tarixli 5/120 saylı əmri ilə «Fizika və onun tədrisi metodikası» kafedrasının bazasında yaradılmışdır. Kafedranın professor-müəllim heyəti 10 nəfər dosent, 2 nəfər baş müəllim və 3 nəfər müəllimdən ibarətdir. Kafedrada 10 nəfər tədris köməkçi heyət çalışır. Ümumi fizika kafedrasının ümumi heyəti aşağıdakı tərkibdədir.
Kafedranın dosenti – Mövsümov Eldar Haqverdi oğlu 1937-ci ildə Xanlar rayonunun Dozular kəndində anadan olmuşdu. 1962-ci ildə H.B.Zərdabi adına KDPİ-nin Fizika-riyaziyyat fakültəsini bitirmişdir.

1965/66-cı illərdə Azərbaycan E.A-nın Fizika institutunda kiçik elmi işçi və əyani şöbənin aspirantı olmuşdur.1971-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş texnika elmləri-namizədi adını almışdır.

Müxtəlif istiqamətdə 58 elmi məqalənin müəllifidir. 1 monoqrafiya və 3 dərs vəsaitinin müəllifidir. Müdafiə mövzusu “Günəş enerjisindən praktik məqsədlər üçün heliokadastrın hesablanması.”1970-ci ildən hazırki dövrə qədər Gəncə Dövlət Universitetinin Ümumi fizika kafedrasının dosentidir.

Kafedranın dosenti – Rüstəmov Vaqif Cəbrayıl oğlu 1949-cu ildə Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olmuşdur.1967-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji institutunun (indiki GDU-nun) fizika ixtisasına daxil olmuş 1972-ci ildə həmin institutu bitirmişdir. 1973-cü ildən həmin institutda işləyir. 1982-ci ildə müvəffəqiyyətlə müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədialimlik dərəcəsi almışdır. 1989-cu ildə AAK-nın qərarı ilə ona dosent elmləri adı verilmişdir.Həmin ildən həmin institutun Fizika kafedrasında, 2003-cü ildən isə GDU-nun Ümumi fizika kafedrasında dosent vəzifəsində işləyir.. 42 elmi məqalənin o cümlədən 7 müəlliflik şəhadətnaməsinin müəllifidir.Ailəlidir, 4 övladı var.

Kafedranın dosenti – Quliyev Niyazi İslam oğlu 1961-ci ildə Şəmkir rayonunun Yeni həyat kəndində anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir. 1985-ci ilin yanvar ayından Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun göndərişi ilə Ukrayna EA-nın Bitki Fiziologiyası və genetika institutuna stajer-tədqiqatçı kimi göndərilmişdir.1986-cı ildə həmin institutun əyani aspiranturasına daxil olmuş, 1989-cu ildə aspiranturanı bitirmiş, 1990-cı ildə müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2002-ci ildən Gəncə Dövlət Universitetində, 2003-cü ildən isə həmin inversitetin Ümumi fizika kafedrasında müəllim işləyir. 2005-ci ildən Ümumi fizika kafedrasının dosentidir. 2009-cu il 13 aprel tarixində Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın qərarı ilə ona dosent elmi adı verilmişdir. Hazırda “kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasının biofiziki və fizioloji aspektləri” mövzusunda elmi tədqiqat işi aparır. 27 elmi məqalənin, 3 dərs vəsaitinin müəllifidir.Ailəlidir, 3 övladı var.

Kafedranın dosenti – Bəylərov Qurban Binyam oğlu 1968-ci il 01 yanvarda Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub.1983-cü ildə Kəlbəcər rayonunun 2 saylı orta məktəbini bitirib. 1985-ci ildə H.Zərdabi adına KDPİ-nin Fizika-riyaziyyat fakültəsinin fizika-riyaziyyat ixtisasına qəbul olub. 1986-1988-ci illərdə hərbi xidmətdə olub. 1992-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. İnstitut Elmi Şurasının qərarı ilə Təhsil Nazirliyinin təyinatı əsasında gənc kadr kimi institutda saxlanılıb. 2005-ci ildə “Orta məktəb fizika kursunun ibtidai hərbi hazırlıq fənni ilə əlaqəli tədrisi problemləri” mövzusunda elmi iş müdafiə etmişdir. Fizikanın tədrisi metodikası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 14 elmi məqalə 2 dərs vəsaitinin müəllifidir.

Kafedranın dosenti – Vəliyev Seyran İlyaz oğlu 1942-ci il 17 iyul tarixində Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 6 saylı orta məktəbi bitirdikdən sonra 1960-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1965-ci ildə fizika fakültəsini bitirərək təyinat üzrə ADU-nun molekulyar fizika fakültəsində saxlanılmışdır. 1 il sonra əyani aspiranturaya qəbul olunub Leninqrad şəhərinə 3 illik elmi ezamiyyətə göndərilmişdir.

“Polimerlərdə mexanokimyəvi çevrilmələrin İKS üsulu ilə öyrənilməsi” mövzusunda dissertasiyanı A.F.İoffe adına EAFT institutunda akad.S.N.Turkovun rəhbərliyi altında yerinə yetirmiş, 1971-ci ildə dissertasiya müdafiə edərək f.r.e.namizədi adını almışdır.

1971-ci ildən 2004-cü ilə qədər ATU-nun dosenti, 2004-2010-cu ilə qədər AMİ-də elmi işlər üzrə direktor müavini, kafedra müdiri vəzifələrində çalışmışdır. Hal-hazırda GDU-nun Ümumi fizika kafedrasının dosentidir.

Kafedranın müəllimi – Məmmədov Elçin Misir oğlu 1968-ci ildə Xanlar (Göy-göl) rayonu Cümşüdlü kəndində anadan olmuşdur. 988-ci ildə Azərbaycan Texnologiya İnstitutuna qəbul olmuş, 1993-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 2002-ci ilin noyabr ayından GDU-da işləyir. 2003-cü ildə Ümumi fizika kafedrasında əvvəlcə laboratoriya müdiri, 2006-cı ildən isə həmin kafedrada müəllim işləyir. 2006-cı ilin oktyabrından Ümumi fizika kafedrasının dissertantıdır.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s