Ümumi texniki fənlər

1. Nağıyev Mahir Tahir oğlu, dosent, kafedra müdiri
2. Həsənov Rizvan Ədil oğlu, dosent, kafedra/müd müavini.
3. Qasımov Aydın Musa oğlu, dosent
4. Yusifov Mustafa Qasım oğlu, texniki elmlər namizədi, baş elmi işçi, baş müəllim
5. Məmmədov Kamal Rəsul oğlu, baş müəllim
6. İsgəndərova Səyyarə paşa qızı, baş müəllim
7. Hacıyeva Bahar Sabir qızı, baş müəllim
8. Sadıxova Mətanət Şahin qızı, baş müəllim
9. Verdiyeva Təranə Zahid qızı, müəllimə
10. Qurbanova Əntiqə Əziz qızı, kabinə müdiri
11. Bağırova Saidə Nazim qızı, laboratoriya müdiri
12. Quliyeva Aytəkin Məmmədəli qızı, laboratoriya müdiri
13. Ələkbərova Sərancam Cəlal qızı, baş laborant
14. Mahmudov İlqar İsax oğlu, baş laborant
15. İbrahimova Mətanət Adil qızı, mühəndis proqramçı
16. Seyidova İradə Adil qızı, laborant
17. Ələkbərova Qənirə Əziz qızı, laborant

“Ümumi texniki fənlər” kafedrası 1988-ci ildə Riyaziyyat və fizika fakültəsinin tərkibində yaradılmışdır. Kafedra əsasən əmək, ümumtexniki fənlər və əmək təlimi, peşə təlimi ixtisasları üzrə fənləri əhatə etmişdir.
Kafedra müdiri Nağıyev Mahir Tahir oğlu 1954-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd Təsərrüfatının Mexanizasiyası fakültəsinə qəbul olunub 1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir.
AzKTİ-nin göndərişi ilə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirmə institutuna qəbul olunmuşdur. 1979-1984-cü illərdə Odessa şəhərində yerləşən V.E.Taisov adına Ukrayna Elmi- Tədqiqat Üzümçülük və Şərabçılıq İnstiuttunda aspiranturada oxumuşdur. 1985-ci ildə o, «Üzüm qələmlərini çeşidləyən maşının işlənməsi» mövzusunda dissertasiya işini müdafiə edərək texniki elmlər namizədi alimlik dərəcəsini almışdır. 1989-cu ildə müsabiqə yolu ilə Gəncə Dövlət Pedaqoji İnstitutunun «Ümumi Texniki Fənlər» kafedrasına müəllim, 1995-ci ildən isə dosent vəzifəsinə seçilmişdir. Hal-hazırda həmin kafedranın müdiri vəzifəsində çalışır. 32 elmi əsərin, metodik gösrərişin, o cümlədən 9 ixtiranın müəllifidir. İxtiraların adı aşağıda qeyd olunmuşdur.
1. Устройство для измерения толщины черенков (а.с.№ 940695 кл.AOIG 1/06). Moskva, 1982
2. Устройство для измерения толщины черенков (а.с.№ 1176872 кл.AOIG 1/06) Moskva, 1985
3. Рабочий орган для обработки почвы в рядах растений (а.с.№1426481 кл.AOIВ 39/16) Moskva, 1988
4. Рабочий орган для обработки почвы в рядах растений (а.с №.1456029 кл.AOIВ 39/16) Moskva, 1989
5. Манипулятор для прививки растущей виноградной лозы (а.с.№ 1500200 кл.AOIG 1/06) Moskva, 1989
6. Устройство для извлечения корней растений (а.с.№1530110 кл.AOIВ 35/32) Moskva, 1989
7. Устройство для прививки черенков (а.с.№1588604 AOIG 1/06) Moskva, 1990
8. Способ обработки междурядий многолетних растений (а.с.№1727599 AOIВ 79/02) Moskva, 1992
9. Рабочий орган почвообрабатывающего орудия (патент Р.Ф.№2015626 А01В 13/02:39/20) Moskva, 1994

Həsənov Rizvan Ədil oğlu 1941-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1963-cü ildə Rostov-Don Dəmiryol Mühəndislər İnstitutunun Mülki və sənaye tikintiləri ixtisasına daxil olmuş və 1969-cu ildə həmin institutu bitirmişdir. 1988-ci ildə Moskva şəhərində Beton və Dəmir-beton Elmi Tədqiqat İnstitutunda işləmiş olduğu «Leqkiy polimerbeton na osnove azelita» mövzusunda dissertasiya işi müdafiə edib texniki elmlər namizdi, alimlik dərəcəsi adını almışdır. 1990-cı ildə Gəncə Dövlət Universitetinin Həndəsə və cəbr kafedrasında müəllim vəzifəsinə daxil olmuşdur. 1995-ci ildə universitetin nəzdində yeni yaranan ÜTF kafedrasına dosent vəzifəsinə köçürülmüşdür. Hal-hazırda bu kafedranın dosenti və müdir müavinidir. 20 məqalə və tezisin, 6 kitabça şəklində çap olunmuş metodik vəsaitin müəllifidir. Onlardan adları aşağıda qeyd olunanlar Aşqabad və Moskva şəhərlərində çap olunmuşdur.
1. Свойства и области применения азеритполимербетонов. Москва 1985
2. Легкие полимербетоны на азерите. Ашгабад, 1985
3. Оптимизация режимов отверждения легких полимербетонов на карбомидных молах. Ашгабад, 1987
4. Легкие полимербетоны на азерите. Ашгабад, 1987

Qasımov Aydın Musa oğlu 1930-cü Gəncə şəhərində anadan olmuşdur. 1948-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmusdur. 1959-cu ildə aspiranturaya daxil olmuşdur. 1964-cü ildə Minsk şəhərində “İssledovanie i obosnovanie texnoloqiçeskoqo proüessa oçistki osuşitelğnoy seti maşinami neprerıvnoqo deystvie.” mövzusunda dissertasiya müdafiə edib texnika elmlər namizədi, alimlik dərəcəsi almışdır. 1967-ci ildə Gəncə Dövlət Universitetinin Ümumi Texniki Fənlər kafedrasına müəllim vəzifəsinə daxil olmuşdur. 50-dən artıq məqalə və elmi-metodik vəsaitin müəəlifidir.
Məmmədov Kamal Rəsul oğlu 1950-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1970-ci ildə Neft-Kimya İnstitutuna daxil olmuşdur. 1976-cı ildə Politexnik İnstitutunu bitirmişdir. 1996-ci ildən Gəncə Dövlət Universitetinin ÜTF kafedrasında müəllim vəzifəsinə qəbul olunmuşdur. Hal-hazırda kafedranın baş müəllimidir. İki metodik vəsait və 14 məqalənin müəllifidir.
Yusifov Mustafa Qasım oğlu 1945-ci ildə 02.02 tarixdə Tovuz rayonunun Bayramlı kəndində anadan olmuşdur. 1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Kənd təsərrüfatının mexanikləşdirilməsi şöbəsinə daxil olmuş, 1967-ci ildə Mühəndis-mexanik ixtisasını almışdır. 1987-ci ildən Gəncə Dövlət Universitetində ÜTF kafedrasında işləyir. Baş müəllimdir. 50-dən artıq elmi məqalənin müəllifidir.
İsgəndərova Səyyarə Paşa qızı 1962-ci ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olmuşdur. 2002-ci ildə Cəncə Dövlət Universitetinin ÜTF kafedrasına laborant vəzifəsinə daxil olmuşdur. 2003-cü ildə həmin kafedrada müəllim vəzifəsinə təyin olunmuşdur. 2009-cu ildən kafedranın baş müəllimidir. 14 elmi məqalə və 1 metodik vəsaitin müəllifidir. Bu elmi məqalələrdən 3-ü xarici ölkələrdə çap olunmuşdur:
1. Растяжение пластины переменной толщины с круговым отверстием и трещиной с концевой пластическими зонами. – Deformation and Fracture of Materials and Natiomaterials DFMN, Москва, 2007, стр.710-712
2. Напряженно-деформированное состояние кольцевой круглой пластины переменной толщины. – «Вестник» Тульского Государственного Университета Серия, Актуальные вопросы механики. I вып. 2007, стр.121-127
3. Зарождение трещины в пластине переменной толщины с круговым отверстием. – Фундаментальные вопросы техника и технологии. Орель., ГГУ, №10. 2010
Hacıyeva Bahar Sabir qızı 1967-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olmuşdur. 2002-ci ildə Cəncə Dövlət Universitetinin İstehsalat əsasları kafedrasına laborant vəzifəsinə daxil olmuşdur. 2003-cü ildə ÜTF kafedrasına müəllim vəzifəsinə daxil olmuşdur. 2009-cu ildən ÜTF kafedrasının baş müəllimidir. 7 elmi məqalənin müəllifidir.
Sadıxova Mətanət Şahin qızı 1977-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olmuşdur. 1998-ci ildə həmin universiteti bitirib. 1999-cu ildə Azərbaycan Texnologiya Universitetinin magistratura pilləsinin əyani şöbəsinə daxil olmuşdur. 2002-ci ildə Cəncə Dövlət Universitetinin ÜTF kafedrasına laborant vəzifəsinə daxil olmuşdur. 2003-cü ildə həmin kafedrada müəllim vəzifəsini tutmuşdur. 2009-cu ildən ÜTF kafedrasının baş müəllimidir. 4 elmi məqalənin müəllifidir.
Verdiyeva Təranə Zahid qızı 1964-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Texnologiya İnstitutuna daxil olmuşdur. 2001-ci ildə Gəncə Dövlət Universitetinin ÜTF kafedrasına laboratoriya müdiri vəzifəsinə daxil olmuşdur. 2009-cu ildə müəllim vəzifəsinə keçmişdir. 5 elmi məqalənin müəllifidir.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s