İdarəetmə

Kafedra 2007-2008-ci il tədris ilindən fəaliyyət göstərir. İndiyədək universitetdə fəaliyyət göstərən İqtisadiyyat kafedrasının bazasında yaradılmışdır. Kafedranın 19 üzvü vardır. Onlardan 5 nəfəri iqtisad elmləri namizədi, dosent; 1 nəfəri iqtisad elmləri üzrə fəlsəfə doktoru, 2 nəfəri baş müəllim, 5 nəfəri müəllim, 1 nəfəri baş laborant, 5 nəfəri isə laborantdır.

Kafedra müdiri iqtisad elmləri namizədi, dosent Zakir Qəşəm oğlu Abbasov 1946-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) iqtisadiyyat fakültəsini bitirdikdən sonra təyinatla Azərbaycan Elmi-tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və təşkili institutuna göndərilmişdir. 1972-ci ilədək orada kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1972-ci ildən Gəncə Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti ) əvvəlcə siyasi iqtisad, sonra isə İqtisadiyyat kafedrasında işləmişdir. 1974-1978-ci illərdə aspiranturanın qiyabi şöbəsində oxumuşdur. 1974-1986-cı illərdə İnstitut Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. 1992-ci ildən 2007-ci ilin sentyabr ayınadək İqtisadiyyat kafedrasının dosenti vəzifəsində işləmiş, hazırda isə idarəetmə kafedrasının müdiridir. Kafedranın dosenti, iqtisad elmləri namizədi Oqtay Qulam oğlu Məmmədli Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini bitirmişdir. 1971-ci ildən GDU-da işləyir. 1977-1981-ci illərdə həmkarlar İttifaqı Komitəsinin sədri, 1981-1990-ci illərdə siyasi iqtisad kafedrasının müdiri, 1988/89 və 1989/90-cı illər üçün tələbə qədulu komissiyasının məsul katidi olmuşdur. O.Q.Məmmədli çoxsaylı əsərlərin müəllifidir. İndiyədək onun təqribən 200 çap vərəqəsi. həcmində elmi əsərləri nəşr olunmuşdur. Bunların içərisində 70-ə yaxın jurnal məqaləsi və “İqtisadi təlimlər tarixi” (13,6 ç.v.), “Marketinqin əsasları” (11,0 ç.v.) “İqtisadi nəzəriyyənin predmeti və metodu” (6,0 ç.v.), “İqtisadi nəzəriyyə” (34,5 ç.v.), “İqtisadi nəzəriyyə” (müştərək, 50 ç.v.), “Bazar iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsi” (müştərək, 27 ç.v.) adlı dərs vəsaitləri və çoxsaylı tədris metodiki vəsaitlər xüsusi yer tutur.

O.Q.Məmmədli ali təhsil sahəsində qazandığı nailiyyətlərə görə 1982-ci ildə “Ali məktəb əlaçısı” döş nişanı ilə təltif edilmişdir. O, elmi kadrların hazırlanmasında da bilik və bacarığını əsirgəmir. Birlikdə yazıb çap etdikləri dərs və tədris vəsaitlərindən bir neçəsinin həmmüəllifi olan Fazil İsmayıl oğlu İsmayılovun namizədlik dissertasiyası onun rəhbərliyi altında yerinə yetirilmişdir.

kafedranın əməkdaşları

1. dos. Zakir Qəşəm oğlu Abbasov

2. dos. Oqtay Qulam oğlu Məmmədli

3. dos. Yusif Mustafa oğlu Nəsibov

4. dos. Yaşar Mahmud oğlu Abbasov

5. dos. İlham Bayram oğlu Qocayev

6. b/m German Nurməmməd oğlu Muxtarov

7. b/m Rüstəm Səftər oğlu Bağırov

8. fəlsəfə elmi dok. Fazil İsmayıl oğlu İsmayılov

9. müəl. Səbuhi İdris oğlu Ramazanov

10. müəl. Rəhmiyyə Ramiz qızı İbrahimova

11. müəl. Gülnarə Sabir qızı Turabova

12. müəl. Gülnarə Qoşqar qızı Bağırova

13. müəl. Elnurə Misir qızı İsrafilova

14. b/lab. Ayğün Mahir qızı Məmmədova

15. lab. Elnarə Yaqub qızı Əliyeva

16. lab. Elnarə Şakir qızı Mirzəyeva

17. lab. Şəlalə Knyaz qızı Qurbanova

18. lab. İlahə Qabil qızı Hacıyeva

19. lab. Ziba Yaşar qızı Rzayeva

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s