Pedaqoji

Dekan: Apoyev Bayram Fəti oğlu, pedaqoji elmlər namizədi, dosent

Pedaqoji fakültə 50 ilə yaxındır (1960-cı ildən) ki, fəaliyyət göstərir.Bu müddət ərzində fakültənin adında və strukturunda dəfələrlə dəyişikliklər edilmişdir. Belə ki, fakültə ilk əvvəl Pedaqogika və ibtidai təhsilin metodikası, sonra İbtidai təhsilin pedaqogikası və metodikası, 1996-cı ildən isə Pedaqoji adlandırılmışdır.

Fakültə tarixinin birinci mərhələsində (1991-ci ilədək) onun tərkibində yalnız bir ixtisas-İbtidai təhsilin pedaqogikası və metodikası fəaliyyət göstərmişdir. 1991-ci ildən etibarən musiqi təhsili ixtisası da fakültənin tərkibinə daxil edilmişdir. 2005-ci ildə fakültənin tərkibinə daha iki ixtisas (Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı; Bədən tərbiyəsi və idman) birləşdirilmişdir. 2007/2008-ci tədris ilindən etibarən Pedaqogika və psixologiya ixtisası da fakültənin tərkibinə qatılmışdır. Beləliklə, hal-hazırda (2008/2009-cu tədris ili) fakültədə aşağıdakı ixtisaslar üzrə pedaqoji kadrlar hazırlanır:

1. İbtidai təhsilin pedaqogikası və metodikası

2. Pedaqogika və psixologiya

3. Musiqi təhsili

4. Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı

5. Bədən tərbiyəsi və idman

İxtisasların sayı artdıqca fakültənin tabeliyində fəaliyyət göstərən kafedraların sayı da çoxalmışdır. Belə ki, əvvəllər bu say 2-3 olduğu halda indi (2007/2008-ci tədris ilindən) həmin göstərici 7-dir:

1. Musiqi fənləri (kaf.müd.prof.S.Qurbanəliyev)

2. Ümumi pedaqogika (kaf.müd.prof.Ş.Tağıyev)

3. Riyaziyyatın ibtidai kursu və onun tədrisi (kaf.müd.dos.İ.Əhmədov)

4. Psixologiya (kaf.müd.dos.Z.Aslanova)

5. Pedaqogika və təhsilin əsasları (kaf.müd.dos.A.Quliyev)

6. Gənclərin çağırışaqədərki hazırlığı və mülki müdafiə (kaf. müd. dos. Ə. Məmmədov)

7. Bədən tərbiyəsi və idman (kaf.müd.dos.R.Abdullayev)

Fakültənin dekanı dos. Apoyev Bayram Fəti oğlu bu vəzifəyə 2007-ci ilin dekabr ayında seçilmişdir. Fakültənin ilk dekanı dos.M.Niftəliyev olmuşdur. Sonralar bu vəzifədə prof. Ş.Yusifli, prof.S.Şükürov, prof.Ə.Mirzəyev, dos. S. Məmmədov, dos.N.Əliyev, dos.Ə.Cəlilov, dos.S.Orucov çalışmışlar.

B.F.Apoyev 15 aprel 1957-ci ildə Goranboy rayonunun Cinli-Boluslu kəndində anadan olmuşdur. 1978-ci ildə V.İ.Lenin adına APİ-ni (indi ADPU), 1988-ci ildə Azərb. ETPEİ-nin (İndi Təhsil Problemləri İnstitutu) aspiranturasının əyani şöbəsini bitirmişdir. 1989-cu ildə “İbtidai siniflərdə diyarşünaslıqdan istifadənin təlimin keyfiyyətinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 1995-ci ildə “Dosent” elmi adı almışdır.

1991-ci ildə GDU-nin Pedaqogika kafedrasına müsabiqə yolu ilə müəllim, 1993-cü ildə baş müəllim, 1994-cü ildə dosent vəzifəsinə seçilmişdir. 1994-2002-ci illərdə Pedaqogika və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. GDU-nun doktorantı olan B.Apoyev 60-dan yuxarı elmi əsərin, o cümlədən 17 adda kitab və kitabçanın, 100-dən yuxarı qəzet məqaləsinin və 2 şer kitabının müəllifidir. “N.Gəncəvinin təhsil, təlim, tərbiyə haqqında fikirləri və müasir Azərbaycan məktəblərində onlardan istifadə işinin sistemi” mövzusunda doktorluq dissertasiyası müdafiəyə hazırdır. Ailəlidir, iki oğlu, iki qızı var.

Kitab və kitabçaları:

1. Azərbaycan respublikasının coğrafiyası. 8/9-cu siniflər üçün dərslik (B.Budaqovla birgə)-“Maarif”, 1991

2. Əlifba. Kürd dilində dərslik –“Maarif”, 1996

3. Müşahidə gündəliyi. IV sinif üçün tədris vəsaiti. –“Maarif”, 1989

4. Azərbaycanca-kürdcə danışıq kitabçası. –“Azərnəşr”, 1994

5. N.Gəncəvinin pedaqoji fikirləri. Monoqrafiya.-Bakı,2008

6. Məktəb coğrafiyasında toponimlərin öyrədilməsi. Metodik tövsiyə. – Bakı, 1984

7. İbtidai siniflərdə doğma təbiətin öyrənilməsinin forma və yolları. Metodik tövsiyə. –Bakı,1987

8. İbtidai siniflərdə oxu təlimi prosesində diyarşünaslıq prinsipinin tətbiqi yolları. Metodik tövsiyə. –Bakı, 1988

9. On birillik məktəbin IV sinfində təbiətşünaslıq təliminin təşkili. Metodik tövsiyə. –Bakı, 1988

10. Şagirdlərdə milli mənlik şüurunun formalaşdırılması yolları. Metodik tövsiyə –Gəncə, 1994

11. Ekoloji tərbiyədə xalq pedaqogikası nümunələrindən istifadə. Metodik tövsiyə –Gəncə, 1995 Fakültənin tədris işləri üzrə dekan müavini dos. Hacıyeva Kəmalə Həbib qızı bu vəzifəyə 2008-ci ilin iyun ayında təyin olunmuşdur.

Hacıyeva Kəmalə Həbib qızı 1941-ci ildə Gəncə çəhərində anadan olmuşdur.

1978-ci ildə “Şagirdlərdə təlimə məsuliyyətli münasibət tərbiyəsi prosesinin əsasları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə “Dosent” elmi adı almışdır.

K.Hacıyeva 1995-ci ildə 2007-ci illlərdə “Pedaqogika və psixologiya” fakültəsinin Tədris işləri üzrə dekan müavini işləmişdir.

Kitabçaları:

1. 1990-cı ildə Şagirdlərin müstəqillik, özfəaliyyət və təşəbbüskarlığının inkişafında məktəb təşkilatının rolunun yüksəldilməsi kitabça

2. 1998-ci ildə “Azərbaycanda məktəb və pedaqoji fikir tarixi” (xronologiya) kitabça

3. 1998-ci ildə “Pedaqoji terminlərin izahlı lüğəti (I hissə) kitabça

4. 2001-ci ildə “Azərbaycan ailə etikası” (metodik vəsait)

5. Gəncə regionunda gender problemi. “Qadının ailədə mövqeyi”. G., 2004

Fakültənin tərbiyə işləri üzrə dekan müavini b/m Haqverdiyev Ilqar Arif oğlu 1964-cü ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub, 1986-cı ildə Qazaxstan Dövlət bədən tərbiyəsi və idman institutunu bitirib. 1997-ci ildən Gəncə Dövlət Universitetinin bədən tərbiyəsi və idman kafedrasında baş müəllim işləyir. 9-elmi tədqiqat işinin müəllifidir. 2009-cu ildən tərbiyə işləri üzrə dekan müavinidir. Hal-hazırda fakültədə çalışan professor-müəllim heyətinin sayı 130 nəfərdir. Onlardan ikisi professor, 21-i elmlər namizədi, dosent, 50-si baş müəllim, 57-si müəllimdir. Ölkəmizin təhsil sistemində həyata keçirilən dərin islahatlar Pedaqoji fakültədən də yan keçməmişdir. Belə ki, fakültənin bütün ixtisasları əvvəlcə “Tələbələrin biliyinin çox ballı qiymətləndirilməsi” sisteminə, 2008/2009-cu tədris ilindən isə kredit sisteminə keçmişdir. Bununla əlaqədar olaraq Tədris planları yenidən işlənmiş, ilk dəfə olaraq İşçi tədris planları, müəllim və tələbələrin ayrı-ayrılıqda işçi tədris planları hazırlanmışdır. Fakültədə tədris olunan bütün fənlər üzrə tədris proqramları yeniləşdirilmişdir. Fakültənin bütün ixtisasları üzrə ilk dəfə olaraq “Tədris pasportu” hazırlanıb rektorluğun təsdiqinə verilmişdir.

Fakültədə tədris olunan fənlər üzrə yeni tədris proqramlarının, dərs vəsaiti və metodik tövsiyələrin hazırlanmasında prof. S.Qurbanəliyevanın, dos.İ.Əhmədov, dos.A.Quliyev, dos.Z.Aslanova, dos. İ.Mahmudov və başqalarının əməyi təqdirəlayiqdir. Fakültədə aparılan təşkilati, tədris-metodik, elmi-tədqiqat və tərbiyəvi işlərin nəticəsidir ki, son illərdə təlim müvəffəqiyyətinin göstərişlərinə və əlaçıların sayına görə fakültə universitetdə qabaqcıl yerlərdən birini tutur. Məsələn, 2007/2008-ci tədris ilinin yay sesiyasında fakültə üzrə müvəffəqiyyət göstəricisi 97,6%, əlaçıların sayı 114 nəfər olmuşdur ki, bu da universitet üzrə ilk yerlərdən biri deməkdir. Fakültədə tədris prosesinin müasir tələblər səviyyəsində qurulması ilə yanaşı, professor-müəllim heyətinin elmi-nəzəri və elmi-metodik hazırlığının yüksəldilməsi işinə də xüsusi diqqət yetirilir. Bu məqsədlə ixtisas kafedralarında fənlərin tədrisinin aktual problemlərinə həsr olunmuş daimi fəaliyyət göstərən elmi-metodik seminarlar, vaxtaşırı keçirilən elmi-praktik konfranslar təşkil olunur, respublika miqyasında keçirilən müvafiq tədbirlərdə fakültə əməkdaşlarının fəal iştirakı təmin olunur. Qeyd olunan işlər baxımından Ümumi pedaqogika kafedrasında müntəzəm fəaliyyət göstərən “Təlimin interaktiv metodları” mövzusunda elmi-metodik (rəhbəri: prof. Ş.Tağıyev) və “Milli tərbiyə nəzəriyyəsi” mövzusunda elmi-nəzəri (rəhbəri: dos. B.Apoyev), Musiqi fənləri kafedrasında “Musiqi və onun tədrisinin aktual problemləri (rəhbəri: prof. S.Qurbanəliyeva) mövzusunda elmi-nəzəri seminarları xüsusi qeyd etmək lazımdır. Bu seminarlar üzrə məşğələlər ayda ən azı bir dəfə keçirilir. Həmin məşğələlərdə müvafiq elmi-nəzəri və elmi-metodik problemlər seminar iştirakçılarının fəallığı şəraitində müzakirə olunur. Müzakirələr zamanı elmi mübahisələrə, debatlara və digər aktiv üsullara geniş yer verilir. Fakültədə tədris-metodik işlərlə yanaşı tələbələrin müasir dövrün tələbələrinə uyğun şəxsiyyət kimi formalaşmasına xidmət edən tərbiyə işləri də daima diqqət mərkəzində saxlanılır. Tələbələrin ideya-siyasi tərbiyəsini yüksəltmək məqsədilə “Dahi öndərimiz H.Əliyevin həyatı tərbiyə məktəbidir” mövzusunda müntəzəm fəaliyyət göstərən lektoriya (rəhbəri fakültənin tərbiyə işləri üzrə dekan müavini N.Rzayevdir) təşkil edilmişdir.

Tələbələrin əxlaq, estetik, ekoloji tərbiyəsinə xidmət edən tədbirlərindən görkəmli elm xadimləri, şair və yazıçılar, Milli Qəhrəmanlar və s. ilə görüşləri, təbiət obyektlərinə və N.Gəncəvinin məqbərəsinə (birinci kurslar, hər il) təşkil olunan ekskursiyaları, tarixi günlərin və milli bayramların ( “20 yanvar”, “31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik günü”, “28 may-Respublika günü”, “12 noyabr-Konstitusiya günü”, “31 mart-azərbaycanlıların soyqırımı”, “26 fevral-Xocalı faciəsi”, “Novruz bayramı” və s. ) təntənəli qeyd olunmasını misal göstərmək olar. Fakültənin “Musiqi təhsili” ixtisasında oxuyan tələbələrin bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan məqsədyönlü tədbirlərin yüksək səviyyədə keçirilməsinin (prof. S.Qurbanəliyevanın rəhbərliyi ilə ) nəticəsidir ki, həmin tələbələr son illərdə respublika miqyasında keçirilən musiqi festivalları və müsabiqələrində fəxri yerlər tutmuş, çoxsaylı “Diplom”, və “Fəxri Fərman”larla təltif olunmuşlar. Fakültənin “Bədən tərbiyəsi və idman” ixtisasında təhsil alan idmançı tələbələrin uğurları da böyükdür. (Bax: cədvəl №2). Bu uğurların qazanılmasında “SSRİ idman ustası”, “Azərbaycanın Əməkdar məşqçisi”, dosent Ə.Məmmədovun xüsusi xidmətləri olmuşdur.

CƏDVƏL 2

Pedaqoji fakültənin idmançı tələbələrinin 1998-2008-ci illərdə Dünya, Avropa çempionatlarında vəBeynəlxalq turnirlərdə qazandıqları uğurlar.

1.Hacıyev Arif Fayaz o. -2000-ci ildə Avstriya karate idman növü üzrə Avropa çempionatının mükafatçısı

2.Xəlilov Rza Rəşid o. -2000-ci ildə İranda keçirilən sərbəst güləş üzrə Dünya çempionu

3.Nəzərəliyev Hakim Aydın o. -1998-ci ildə Rusiyada keçirilən sambo üzrə Dünya çempionu.

4.İbrahimov habil Dəmir o. -1998-ci ildə İranda keçirilən sərbəst güləş üzrə Dünya çempionu.

5.İmamquliyev Nəsimi Musa -2001-ci ildə İngiltərədə keçirilən sərbəst güləş üzrə Dünya çempionu, 2002-ci ildə isə Fransada Avropa çempionu.

6.Qasımov Ramil Famil o.-2002-ci ildə İtaliyada keçirilən sambo idman növü üzrə Dünya çempionu.

7.Quliyev Elmir Asif o. -2002-ci ildə Rusiyada keçirilən Poliotlon idman növü üzrə Dünya çempionatının 3-cü mükafatçısı

8.Məmmədov Səbuhi Məhəmməd o. -2005-ci ildə Gənclər arasında güləş idman növü üzrə Beynəlxalq turnirin qalibi, 2007-ci ildə Türkiyədə keçirilən Beynəlxalq turnirin mükafatçısı, həmin ildə Çin dövlətində keçirilən Gənclər arasında Dünya çempionatının iştirakçısı, 2008-ci il-də Azərbaycan çempionu, Pribaltikada, İranda keçirilən Beynəlxalq turnirin qalibi.

9.Salamov Elnur Yediyar o. -2007-ci ildə İspaniyada keçirilmiş Kinq-boksinq idman növü üzrə Dünya çempionatının qalibi, 3 qat Dünya çempionu, 5 qat klublararası Dünya çempionu.

10.Aslanov Bəhruz Aydın o. -2005-ci ildə ağır atletika üzrə Azərbaycan çempionu.

11.Vəliyev nahid Nazim o. -2005-ci ildə ağır atletika üzrə Azərbaycan çempionu.

12.İmamquliyev Mehman Musa o. -2007-ci ildə Sərbəst güləş üzrə Türkiyədə və İranda keçirilmiş Beynəlxalq turnirin qalibi, 7 dəfə Azərbaycan çempionu

13.Bayramov Emin Arif o. -2005-ci ildə Yunanıstanda keçirilmiş Sərbəst güləş üzrə Beynəlxalq turnirin qalibi, 2 qat Dünya çempionu.

14.Həsənov Niyazi Cəmşid o. -Ağır atletika üzrə Avropa Kuboku uğrunda Beynəlxalq yarışın gümüş mükafatçısı, 4 dəfə Azərbay can çempionu.

Fakültənin hazırda fəaliyyət göstərən Elmi şurası 2006-cı ildə təşkil olunmuş və aşağıdakı tərkibdən ibarətdir:

1. Apoyev Bayram Fəti o. – sədr

2. Hacıyeva Kəmalə Həbib q. – sədr müavini

3. Rzayev Nəriman Şəmşəd o. – üzv

4. Qurbanəliyeva Sevda Firuddin q – üzv

5. Tağıyev Şahin Tağı o. – üzv

6. Əhmədov İsmayıl Qaraş o. – üzv

7. Aslanova Zülalə Mahmud q. – üzv

8. Quliyev Allahverdi İsgəndər o. – üzv

9. Məmmədov Ələddin Hətəm o. – üzv

10. Abdullayev Rəşid Məhərrəm o. – üzv

11. Məmmədova Tamella Əli q. – üzv

12. Nuriyeva Svetlana Elman q. – üzv

13. Mehdiyev Hüseyn Polad o. – üzv

14. Bayramova Ziyafət Vilayət q. – üzv

15. Cəfərov Məhəbbət Mirhəsən q. – üzv

16. Hacıyeva Mehriban Şövkət q. – üzv

17. Rüstəmova Sevinc İlham q. – üzv

18. Əliyev Adil Tahir o. – üzv

19. Haqverdiyev İlqar Arif o. – üzv

20. Qocayev Vaqif Cahangir o. – üzv

21. Məmmədova Amalya Məmmədağa q. –üzv

22. Alhəsənov Emin İsgəndər o. – üzv

23. Qasımova Pərvanə Dilən q. – üzv

Fakültə Elmi şurası əvvəlcədən hazırlznmış və təsdiq edilmiş iş planı əsasında fəaliyyət göstərir, ayda ən azı bir dəfə iclas keçirir. Fakültədə Elmi şura ilə yanaşı Tədris-metodik şura da fəaliyyət göstərir. Həmin şura fakültədə tədris prosesinin keyfiyyətinə, açıq dərslərin təşkilinə nəzarəti həyata keçirir, tədris-metodik vəsaitlərin hazırlanması və təsdiqə verilməsi məsələlərini həll edir.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s