Riyaziyyat – İnformatika

Fakültə ilk dəfə 1938-ci ildə Kirovabad 2 illik Müəllimlər institutu nəzdində fizika-riyaziyyat adı ilə fəaliyyətə başlamışdır. Həmin ildə fakülətəyə 130 nəfər tələbə qəbul olunmuşdur. 1938/39-cu tədris ilində fakültədə yaradılmış riyaziyyat və fizika kafedralarının hər birində iki nəfər əməkdaş var idi. Riyaziyyat kafedrasında Əhəd Veysov (kafedra müdiri, Hidayət Abdullayev; fizika kafedrasında Mirzə Məmmədov kafedra müdiri və İbrahim İbrahimov.

Fakültənin ilk buraxılışı 1940-cı ildə olmuşdur və 49 nəfər institutu bitirmişdir. Məzunlar arasında respublikamızın tanınmış ziyalıları İsgəndər Bağırov, Almaz Bağırova, Bahadur Ağayev olmuşlar.

1944/45-ci illərdə artıq 4 illik KDPS-nin nəzdində fəaliyyət göstərən fizika-riyaziyyat fakültəsinə 11 nəfər tələbə qəbul olunmuşdur.

Böyük Vətən Müharibəsindən sonrakı dinc quruculuq dövründə, yəni 1947-ci ildə fizika-riyaziyyat fakültəsinin ilk buraxılışında fakültəni 7 nəfər bitirmiş və onlar tam ali təhsilli müəllim kimi ümumtəhsil məktəblərində işləməyə göndərilmişlər.

1951/52-ci tədris ilində fakültədə yalnız riyaziyyat kafedrası mövcud idi.

1952/53-cü tədris ilində həmin kafedra iki yerə ayrılır:

1.Riyazi analiz və ali cəbr – 4 nəfər əməkdaş

2.Həndəsə və elementar riyaziyyat- 3 nəfər əməkdaş

1968/69-cu tədris ilində bu iki kafedranın əsasında 3 kafedra yaradılmışdır:

1.Həndəsə və ali cəbr-11 nəfər əməkdaş

2.Riyazi analiz-16 nəfər əməkdaş

3.Riyaziyyatın tədrisi metodikası-19 nəfər əməkdaş

1968-ci ildə fakültənin yaranmasının 30 illiyi qeyd edildiyi dövrdə fakültədə 1264 nəfər, o cümlədən əyani şöbədə 795 nəfər, qiyabi şöbədə 372 nəfər, axşam şöbəsində isə 97 nəfər tələbə təhsil alırdı.

1978-ci ildə fakültənin 40 illiyində əyani şöbədə 816, qiyabi şöbədə 607 nəfər olmaqla fakültədə 1423 nəfər tələbə təhsil alırdı.

Fakültənin 50 illiyində əyani şöbədə 587, qiyabi şöbədə iəs 558 nəfər olmaqla 1145 nəfər tələbə təhsil alırdı.

Fakültədə müəllimlərin tərkibinin keyfiyyətcə yaxşılaşdırılması həmişə diqqət mərkəzində olmuşdur. Belə ki, 1967/68-ci tədris ilində fakültədə çalışan 41 əməkdaşdan cəmi 6 nəfərinin elmi dərəcəsi olduğu halda, hazırda 75 nəfər əməkdaşdan 1 nəfər e/d professor, 31 nəfəri isə elmlər namizədi dosentdir.

Faükltədə İnformatika və EHM fənləri üzrə dərs saatlarının miqdarının artırılması, informatikayönümlü ixtisaslar üzrə kadr hazırlığı ilə əlaqədar fakültənin adı dəyişdirilərək Fizika-riyaziyyat və ÜTF adlandırılmışdır.

1994/95-ci tədris ilində informatika təmayüllü fənn və ixtisasların yaranması ilə əlaqədar Riyazi analiz kafedrasınınbazası əsasında yeni bir kafedra –İnformatika və hesablama texnikasının əsasları kafedrası yaradılmışdır.

1990/91-ci tədris ilində fakültə iki yerə ayrılmışdır:

1.Riyaziyyat-informatika

2.Mühəndis-pedaqoji

Fakültə təşəkkül tapdığı dövrdən orada adları aşağıda qeyd olunanlar dekan vəzifəsində çalışmışlar:

1.Dos. Hidayət Abdullayev

2.Dos. Ağa Atayev

3.Dos. Kərim Xələfov

4.B/m.Qurban Bənnayev

5.Dos. Fərman Əliyev

6.Dos. Tofiq Məmmədov

7.Dos. Şikar Cabbarov

8.Dos. Şövkət Baxışov

9.Dos. Nüyvər Nəsrullayev

10.Dos. Zahid Abbasov

11.Dos. Əliqulu Quliyev

2004/2005-ci tədris ilində qiymətləndirmə çoxsaylı sistemə keçirilmiş və 2007/2008-ci tədris ilində ilk buraxılış olmuşdur.

2006/2007-ci tədris ilində fakültədə ilk dəfə olaraq informatika ixtisası üzrə Boloniya –kredit sisteminə keçirilmiş, 2007/2008-ci tədris ilindən etibarən tamamilə bu sistemə başlanmışdır.

Hazırda fakültədə aşağıdakı ixtisaslar vardır:

1.Riyaziyyat

2.Riyaziyyat və informatika

3.Riyaziyyat və informatika (rus)

4.Riyaziyyat və fizika

5.İnformatika

Riyaziyyat-informatika fakültəsində 10 nəfər əməkdaş fəaliyyət göstərir.
Fakültə dekanı – dos. Quliyev Əliqulu Umud oğlu
Tədris işləri üzrə dekanın müavini – dos.Məmmədov Fəxrəddin Həsən oğlu
Tərbiyə işləri üzrə dekanın müavini – Qasımova Aynur
Metodist –Ələsgərova Sonna Musa qızı, riyaziyyat-informatika fakültəsinin riyaziyyat ixtisası üzrə qiyabi şöbəni bitirib. 1970-ci ildən fakültədə katibə sonralar isə metodist vəzifəsində işləyir.
Katibə- makinaçı Əliyeva Nuriyə Ərəstun qızı 1987-ci ildə anadan olmuşdur.Riyaziyyat-informatika fakültəsində 2007-ci ildən işləyir.
Katibə-makinaçı Nəcəfova Xəyalə Famil qızı, fakültənin riyaziyyat-informatika ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2010-cu ildə fəaliyyət göstərir.
Tyütor-Nazim Neymətov
Tyütor-Səbinə Hüseynzadə
Tyütor-Nürəngiz Bəşirova
Tyütor-Gülmira Verdiyeva

  • ADMIN:DƏRYA HƏKİMZADƏ