Riyazi analiz

Kafedra 1938-ci ildə «Riyaziyyat» adı i lə yaranmışdır. 1951-1952-ci tədris ilindən «Riyazi analiz» adı altında fəaliyyətə başlamışdır.
Kafedrada 19 nəfər professor-müəllim, 5 nəfər tədris-köməkçi heyət çalışır.
Professor-müəllim və tədris-köməkçi heyəti
1. Firdovsi Məmmədalı oğlu Ələsgərov dosent
2. Nadir Vəli oğlu Ibadov dosent
3. Əliqulu Umud oğlu Quliyev dosent
4. Baxtıcamal Mikayıl oğlu Nəbiyev dosent
5. Məmməd Mustaf oğlu Sadıqov dosent
6. Tofiq Qədir oğlu Kərimov dosent
7. Lalə İslam qızı Qocayeva dosent
8. İsmayıl Qaraş Əhmədov dosent
9. Oruc Mustafa oğlu Hüseynov dosent
10. Sabir Qəhrəman oğlu Həsənov dosent əvəzi
11. Nemet Zahid oğlu Seyfullazadə baş müəllim
12. Nürəngiz Firuz qızı Bəşirova baş müəllim
13. Nazim Əsədulla oğlu Neymətov baş müəllim
14. Nazir Əliş oğlu Ismayılov baş müəllim
15. Zəfər Duman oğlu Abbasov baş müəllim
16.Tahir Cəlil oğlu Məmmədov baş müəllim
17. Səbinə Səyavuş qızı Hüseynzadə müəllim
18. Aynur Ramazan qızı Qasımova müəllim
19. Tofiq Sərdar oğlu Tanırverdiyev müəllim
20. Nazlı Rza qızı Qurbanova baş laborant
21. Günay İradil qızı Yusifova baş laborant
22. Bəsti Arif qızı Bəxtiyarova laborant
23. Kəmalə Tahir qızı Əliyeva laborant
24. Nazlı Saleh qızı Novruzova operator
Hal-hazırda kafedrada iki istiqamətdə elmi tədqiqat işləri aparılır. Bunlar «diferensial tənliklər» və «funksiyalar nəzəriyyəsi və funksional analiz» istiqamətləridir. Kafedranın 20 magistr tələbəsi var. Riyazi analiz kafedrasında-Elmi tədqiqat işləri. Kafedranın elmi-tədqiqat işləri professor-müəllim heyətinin fərdi elmi iş planı əsasında yerinə yetirilir. Plan ümumi üç illik və bu üç ilin hər bir illəri üzrə tərtib edilir. Kafedrada aşağıdakı problemlər üzrə tədqiqat işləri aparılır:
1. Spektral nəzəriyyə.
2. Funksiyalar nəzəriyyəsi.
3. Diferensial tənliklər və riyazi fizika tənlikləri.
4. Riyaziyyatın tədrisi məsələləri.
Elmi pedaqoji işçilərin hazırlanması: Elmi-pedaqoji kadrlar magistratura, dissertantura, aspirantura, doktorantura yolu ilə hazırlanır. Dos. M.Sadıqov,dos.T.Kərimov əyani aspirantura yolu ilə dos.F.Ələsgərov, dos.Ə.Quliyev, dos.N.İbadov,dos.B.Nəbiyev, dos. L. Qocayeva, İ.Əhmədov, dos. S.Həsənov, dos. O.Hüseynov, dos. dissertantura yolu ilə elmi dərəcə almışlar. Kafedra əməkdaşlarından b/m N.Neymətov, b/m N.Bəşirova, b/m Z.Abbasov hal-hazırda dissertandırlar, A.Qasımova isə aspiranturanı bitirmiş və müdafiə ərəfəsindədir. Kafedra əməkdaşlarının sayı, dərəcəlik vəziyyəti: Kafedranın 19 nəfər professor-müəllim heyəti vardır: elm. dok., prof.yoxdur, elm. nam, dosent-9 nəfər, dos.əv.-1 nəfər, baş müəl.-6 nəfər, müəllim-3 nəfər. Bundan əlavə kafedranın 5 nəfər tədris köməkçi heyəti vardır.
Kafedra üzvlərinin kitabları (dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, metodik görtərişlər və çap olunan məqalələr) Kafedra üzvlərinin çap etdirdikləri kitablar.
Dos. F.Ələsgərov. 1. Ədədi ardıcıllıqlar və onun limiti (dərs vəsaiti).Bakı-2002.
2.Riyazi analiz- 1(dərs vəsaiti) Gəncə-2007. 3. Рийази анализ-2 (dərs vəsaiti) Бакы-2009
Dos. Ə.Quliyev. 1. Riyaziyyat tarixindən oçerklər(dərs vəsaiti) Maarif-2004
2. Riyaziyyatdan məsələ və misallar(həlli ilə) Bakı-2006 (L.Qocayeva ilə birlikdə). (dərs vəsaiti)
3. Riyazi məntiq və alqorifmlər nəzəriyyəsi. Bakı-1996 (dərs vəraiti)
4. Bul funksiyaları. Alqoritmlər nəzəriyyəsi. Bakı,Maarif 2002. (R.Əhədovla birlikdə).
Dos. M.Sadıqov. 1. Ölçü nəzəriyyəsi və Lebeq inteqralı (dərs vəsaiti) Bakı-2007.
Dos.T.Kərimov və b/m. N.Seyfullazadə. 1. Ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri (dərs vəsaiti) Bakı-2009
Dos. B.Nəbiyev. 1. Ali riyaziyyatın elementləri(dərs vəsaiti) Gəncə -2008.
Dos. L.Qocayeva. 1.Riyaziyyatdan məsələ və misallar(həlli ilə)Bakı-2006.Dərs vəsaiti. (Ə.Quliyevlə birlikdə).
Dos. O.Hüseynov. Diferensial tənliklərdən məsələ və misallar. (dərs vəsaiti)
b/m. Z.Abbasov. Triqonometriya test (dərs vəsaiti). Bakı – 2008.
Kafedranın təşkil etdiyi elmi seminarlar tematikası. Kafedrada fəaliyyət göstərən elmi seminarda əsəasən Naymarkın monoqrafik kitabı olan «Линейные дифференциальные операторы» kitabı öyrənilir.Bundan əlavə burada müəllimlər öz elmi-tədqiqatlarından, habelə tələbələr TEC xətti ilə apardıqları elmi işlərdən məruzə edirlər.
Konfranslar tematikası. Universitetin elmi hissəsinin keçirdiyi elmi konfranslarda fəal iştirak edir. 2007-ci iliin noyabr ayında keçirilmiş «İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsilin aktual problemləri konfrasında kafedra üzvləri fəal iştirak etmişlər. Xüsusilə kafedra üzvləri GDU-nun «Riyazi nəzəriyyələr, onların tətbiqi və tədrisi sahəsində olan problemlər» adlı keçirdiyi beynəlxalq konfransda daha fəal olmuşlar. Burada kafedranın əksər üzvləri on beşə yaxın məruzə ilə çıxış etmişlər. Konfrans materialları nəfis tərtibatda çap olunmuşdur. Kafedranın dosenti N.İbadov baş redaktorun müavini, dos.Ə.Quliyev və dos.F.Ələsgərov redaksiya heyətinin üzvləri olmuşdur.
Riyazi analiz kafedrasının müdiri – Ələsgərov Firdovsi Məmmədəli oğlu. 1943-cü ildə Ağdam rayonunun Zəngişalı kəndində kalxozçu ailəsində anadan olmuşdur. 1960-cı ildə Ağdam şəhər 1№-li orta məktəbini bitirmişdir. 1962-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji Institutunun fizika riyaziyyat fakültəsinə daxil olmuşdur. 7 dekabr 1963-cü ildən hərbi xidmətdə olub. 11 sentyabr 1965-ci ildə hərbi xidmətdən qayıdıb yenidən təhsilini davam etdirmişdir. Oxuduğu tələbəlik illərində H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji Institutunun Tələbə Həmkarlar Təşkilatının sədri, institut elmi şurasının üzvü olmuşdur. 1968-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib riyaziyyat ixtisası almış. Institut Elmi Şurasının qərarı ilə 4 sentyabr 1968-ci ildə riyazi analiz və ali cəbr kafedrasına assisent təyin olunmuşdur. Hal hazırda riyazi analiz kafedrasında fəaliyyətini davam eləyir. Fizika-riyaziyyat elmləri namizədi, dosentdir, eyni zamanda 27 oktyabr 2006-cı ildən riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışır. 18 elmi əsərin, riyazi analiz üzrə dərs vəsaitlərinin müəllifidir.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • One comment on “Riyazi analiz

    FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s