Tətbiqi riyaziyyat

1. Dos.Mustafayev Bəhramgur Abdulla oglu, – 1970-ci Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakultəsini bitirib, 1974-1981-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunun aspiranturasını oxumuş,1974-də riyaziyyat və mexanika institutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1981-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutununda baş elmi işçi vəzifəsində çalışmışdır. 1945-2008-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun Ali riyaziyyat kafedrasında müəllim, 1985-1996 cı illərdə həmin institutun mexanika fakultəsinin dekan müavini vəzifəsində çalışmışdır. 2006-cı ildə GDU-nun riyaziyyat informatika fakultəsinin riyazi analiz kafedrasında dosent, 2009-cu ildən həmin fakultənin tətbiqi riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışır. Doktorluq dissertasiyasını tamamlayıb. Fizika riyaziyyat elmlər namizədidir. Dəfələrlə respublika və beynəlxalq konfranslarda iştirak etmiş, «Функции римана, операторы преобразования, обратные задачи теории рассеяния для одного класса потенциалов Штурма-Лиувилля с непрерывным спектром на полуоси» adlı monoqrafiya, 55 sayda elmi məqalənin müəllifidir.
2. Dos.Məmmədov Fəxrəddin Həsən oglu. – 1973-cü ildə Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakultəsini bitirib, 1974-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika institutunda elmi işçi, Gəncə Zar.DMSS-in hesablama mərkəzində riyazi proqramçı, AKTA-nın hesablama mərkəzində böyük proqramçı işləmişdir. 2001-ci ildən GDU-nun informatika kafedrasında, 2009-cu ildən Tətbiqi riyaziyyat kafedrasında dosent, hal-hazırda riyaziyyat informatika fakultəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışır. 1991 –ci ildə müdafiə edib, texniki elmlər namizədidir. 50 sayda elmi məqalə, “Adi diferensial tənliklərin və mühəndis məsələlərinin riyazi modelləri”, “Fərdi EHM və riyazi modellərin mühəndis məsələlərinin həllinə tətbiqi”, “Dinamik sistemlər”, “Kompüter riyaziyyatı” adlı dərs vəsaitlərinin müəllifidir.
3. Dos.Qurbanov Mahal Şaban oglu.– 1979 cu ildə BDU-nun mexanika-riyaziyyat fakultəsini bitirmişdir. 1984-cü ildə aspiranturaya daxil olmuş, 1987-ci ildə namizədlik dissertasiyasını, 2008-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1979-1989-cu illərdə Gürcüstan Respublikasının Marneuli şəhərində Texniki peşə və orta ümumtəhsil məktəblərində riyaziyyat müəllimi işləmişdir. 1989-cu ildə Gəncə şəhərinə köçmüş və 30 saylı orta məktəbdə riyaziyyat müəllimi kimi əmək fəaliyyəti göstərmişdi. 1990-cu ildən müsabiqə yolu ilə GDPİ-nin UTF kafedrasına müəllim təyin olunmuşdur. 1998-2006-cı illərdə GDU-nun tərbiyə işləri üzrə prorektor vəzifəsində çalışmışdır. Hal-hazırda GDU-nun tətbiqi riyaziyyat kafedrasının dosentidir. 89 sayda elmi məqalə, 1 monoqrafiya, 5 metodik vəsaitin müəllifidir.
4. Baş müəl.Məmmədov Rauf Məmməd oglu. –1978-ci ildə İnşaat Mühəndislər İnstitutunun inşaat fakultəsini bitirmişdir. 1986-1990-cı illlərdə AKTA-nın Ali riyaziyyat kafedrasının aspirantı olmuş, 1991-ci ildə müdafiə edib, fizika-riyaziyyat elmlər namizədidir. Hal-hazırda GDU-nun tətbiqi riyaziyyat kafedrasının 32 sayda elmi məqalə, “Nəzəri mexanika” adlı metodik vəsaitin müəllifidir.
5. Baş müəl.Abbasov Eldar Əsgər oglu. –1962-cu ildə BDU mexanika-riyaziyyat fakultəsini bitirmişdir.1962-1965-ci illərdə Azərbaycan Politexnik İnstitutunda müəllim işləmişdir. 1965-1967-ci illərdə Azərbaycan SSR Kibernetika İnstitutunun aspirantı olmuşdur. 1967-ci ildə təyinatla H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna göndərilmiş, hal-hazırda GDU-nun tətbiqi riyaziyyat kafedrasında baş müəllim vəzifəsində çalışır, 9 sayda elmi məqalə müəllifidir.
6. Baş müəl. Alyazov Ənvər Əli oglu. – Bakı Dövlət Universitetinin mexanika riyaziyyat fakultəsini bitirib, Moskva Polad və Ərintilər İnstitutunun mühəndis-kibernetika kafedrasında “Avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya emalı” ixtisası üzrə aspiranturaya qəbul olub, 1985-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Texniki elmlər namizədidir. Azərbaycan Texnologiya İnstitutunun riyaziyyat kafedrasında baş müəllim işləyib. Hal-hazırda GDU-nun tətbiqi riyaziyyat kafedrasında baş müəllim vəzifəsində çalışır – 12 sayda elmi məqalənin müəllifidir.
7. Baş müəl.Həsənov Muxtar Məmmədtağı oglu.- 1986-cı ildə Azərbaycan Texniki Universitetinin “Elektron Hesablama Maşınları” ixtisasını bitirib. 1986-1992-ci ildə Naxçıvan Politexnik texnikumunda laboratoriya müdiri, mühəndis –proqramist və müəllim işləmiş, 1990-1992-ci ildə Naxçıvan Dövlət Universitetində saat hesabı informatika fənni üzrə dərs aparmışdır. 1992-ci ildən yaşayış yerini dəyişərək, Gəncə Dövlət Universitetində Riyazi analiz kafedrasında mühəndis-proqramist, laboratoriya müdiri vəzifəsində çalışmışdır. 1996-cı ildən informatika və hesablama texnikası kafedrasında müəllim, 1999-cu ildən baş müəllim vəzifəsinə təyin edilmişdir. Hazırda “Tətbiqi riyaziyyat” kafedrasının baş müəllimidir. “Tədrisin səmərəliliyində fəal təlim mühitinin, interaktiv üsulların və müasir informasiya texnologiyalarının rolu” və “Kompüterlə necə işləməli (kompüter kursları üçün metodik vəsait)” kitablarını çap etdirib. Magistratura hazırlığı üçün İnformatikadan test nümunələri kitabı çapa təqdim olunmuşdur. Magistratura hazırlığı üçün Məntiqdən test nümunələri kitabı çapa hazırdır. 20-dək elmi məqaləsi çapdan çıxmışdır.
8. Müəl.Abbasova Samirə Vaqif qızı. Gəncə Dövlət Universitetinin Riyaziyyat informatika fakultəsinin riyaziyyat ixtisası üzrə bakalavr pilləsini, GDU-nun riyazi analiz ixtisası üzrə magistratura pilləsini bitirmişdir. Hal-hazırda GDU-nun tətbiqi riyaziyyat kafedrasının müəllimi işləyir.
9. Müəl.Qurbanova Afət Qəhrəman qızı. – Gəncə Dövlət Universitetin riyaziyyat informatika fakultəsinin bakalavr pilləsini, GDU-nun riyazi analiz ixtisası üzrə magistratura pilləsini bitirmişdir. 2 sayda elmi məqalənin müəllifidir.
10. Müəl. Məmmədova Gülnara Xanlar qızı. –GDU-nun riyaziyyat informatika fakultəsinin riyaziyyat ixtisasını 2007-ci ildə bakalavr pilləsini, 2009-cu ildə həmin GDU-nun riyazi analiz ixtisası üzrə magistratura pilləsini bitirmişdir.2 sayda elmi məqalənin müəllifidir.
11. Müəl.Məmmədova Afaq Faiq qızı. – 2000 ci ildə BDU-nun tətbiqi-riyaziyyat fakultəsini, GDU-nun riyazi analiz ixtisası üzrə magistratura pilləsini bitirmişdir- 2 elmi məqalənin müəllifidir.
12. Ələkbərova Vüsalə Sabir qızı lobarant- Azərbaycan Dövlət Neft Akademiyasının istehsalat proseslərinin avtomatiaşdırşması fakultəsinin avtomatika və texniki sistemlərdə idarəetmə ixtisasını bitirmişdir -1elmi məqalənin müəllifidir.
13. Kərimova Aysel Natiq qızı lobarant- 2008- ci ildə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakultəsinin riyaziyyat fizika ixtisasını bitirmişdir. – 1 elmi məqalənin müəllifidir.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s