Coğrafiya

Coğrafiya kafedrası 1994-cü ilin iyun ayında yaradılmış, Kafedraya Əliheydər Məmmədov müdir təyin olunmuşdur və o, 1994-cü ildən 2001-ci il dekabrın 17-nə kimi kafedraya başçılıq etmişdir. Ə. Məmmədov həm müəllim, həm də təşkilatçı kimi kafedranın maddi texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, ixtisaslı müəllim kadrlarının seçilməsi sahəsində çox böyük işlər görmüşdür. O, öz şəxsi kitabxanasının əsasında kafedranı coğrafiya elminin bütün sahələri üzrə kitablarla təmin etmiş və tədrisin səviyyəsini yüksəltmək üçün əlindən gələn hər şeyi etmişdir.
Coğrafiya kafedrasının elmi-pedaqoji kollektivi 27 nəfərdir. Onlardan 1 nəfəri elmləri doktoru, professor, 5 nəfəri elmlər namizədi dosent, 1 nəfər elmlər namizədi, dosent əvəzi, 7 nəfər baş müəllim, 4 nəfər müəllimdir. Kafedranın laborant- texniki heyəti 9 nəfərdir. Onlardan 1 nəfər laboratoriya müdiri, 1 nəfər baş laborant, 7 nəfər laborantdır.
Kafedra «Azərbaycanın qərb zonasının təbii şəraiti və ehtiyatları» problemi üzrə «Pleystosendə Azərbaycanda bitki örtüyünün dəyişməsində təbii şəraitin və insanların rolu» və «Kiçik Qafqazın şimal-şərq yamacının təbii şəraiti və ehtiyatları» mövzusunda elmi tədqiqat işi aparır.
2001-cı ilin fevral ayından dos. M.Q. Kərimov coğrafiya kafedrasına rəhbərlik edir. 1994-cü ildə dissertasiya işini müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsini almışdır. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 31 may 1999-cu il (protokol №24) qərarı ilə M.Q. Kərimova coğrafiya kafedrasının dosenti elmi Adı verilmişdir. 2001-ci ildən hal-hazıra kimi coğrafiya kafedrasının müdiri vəzifəsində çalışır.
Dos. M.Q. Kərimov 50-yə yaxın elmi əsərin müəllifidir. Onlardan üçü dərs vəsaitidir. Hal-hazırda «Pleystosendə Azərbaycanın təbii şəraiti və insanın paleoekologiyası» adlı doktorluq dissertasiyasını üzərində işi başa çatdırmış və iş müdafiəyə təqdim edilmişdir. Kafdra müdirinin müavini baş müəllim Məmmədov Xudu Bəhram oğlu 1979-cü ildə Azərbaycan Dövlət Universitetin «Coğrafiya» ixtisasını bitirmişdir. 20-yə yaxın elmi məqalənin müəllifi olan X. Məmmədov Minsk, Bratislava, Alma-Ata, Sverdlovsk (İndiki Yekaterinqburq), Bakı və başqa şəhərlərdə təşkil olunmuş elmi konfrans və seminarlarda məruzələrlə çıxış etmişdir.
Kafedranm AKTA, BDU, ADPU, Nax.DU, ilə sıx elmi və əməkdaşlııq əlaqələri var. Sankt-Peterburq, Tbilisi, Van Universitetləri ilə elmi əməkdaşhq əlaqələri davam etdirilir.
Kafedrada aparılan elmi tədqiqat işlərinin nəticələri AMEA-nm «Xəbərləri», (Bakı, 2006), AMEA Gəncə Regional Elm Mərkəzinin «Xəbərlər» (vaxtaşırı), AMEA Coğrafiya institunun Elmi əsərlərində (Bakı, 2005, 2006, 2007, 2008), «Yunesko»nun beynəlxalq hidroloji proqramı üzrə «Təmiz su» mövzusunda beynəlxalq su gününə həsr olunmuş elmi-praktiki konfrans (Bakı, 2001), Azərbaycan coğrafiya cəmiyyətinin «İnsan və təbiət» mövzusunda elmi-praktiki konfrans (Bakı, 2002), «Yunesko»nun beynəlxalq hidroloji proqramı üzrə «Su ehtiyatları:problemlər, perspektivlər» mövzusunda beynəlxalq su gününə həsr olunmuş elmi-praktiki konfrans (Bakı, 2003), «Coğrafiyanın bu günü və sabahı» mövzusunda professor M.A. Müseyibovun anadan olmasının 80 illiyinə həsr olunmuş Elmi konfrans (Bakı,2007), Gəncə Dövlət Universitetinin «Elmi Xəbərlərində» (2006, 2007) və «Elmi əsərlərində» (vaxtaşırı) və s. məcmuələrdə çap olunur.
Dos. Nuriyev Rəşad Məmməd oğlu 1968-ci ildə Azərbaycan Dövlət Universitetin «Coğrafiya-biologiya» ixtisasını bitirmişdir. 1979-cu ildə «Naxçıvan MR dağ bozqırlarının flora və bitkiliyi» mövzusunda dissertasiya müdafiə etmişdir. 1993-cü ildən GDU-da əvvəlcə əvəzçilik, sonra isə daimi dosent vəzifəsini tutmuşdur. İşlədiyi müddətdə 100-ə yaxın elmi metodiki və dərs vəsaiti çap etdirmişdir, 5 dərs vəsaiti və metodiki göstəriş, 9 dərs vəsaitlərinin proqramları qrif almış və təsdiq edilmişdir. Dos. İsmayılov Teymur İsmayıl oğlu 1980-ci ildə GDPİ-nin kimya fakultəsini bitirmişdir. 1988–2005- ci ilədək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında işləmişdir. 2005-ci ildən GDU-nun coğrafiya kafedrasında işlə¬yir. Hazırda coğrafiya kafedrasının dosentidir. 30 elmi məqalənin, 1 fənn proqramının, 2 dərs vəsaitlərinin (Təhsil Nazirliyinin qrifi ilə) müəllifidir.
Dos. Əliyeva Yeganə Dəmir qızı 1981-ci ildə GDPİ-nin biologiya-kimya fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1988–2004- ci ilədək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında işləmişdir. 2004-cü ildən GDU-nun coğrafiya kafedrasında çalışır. Hazırda coğrafiya kafedrasının dosentidir. 15 elmi məqalənin, 1 fənn proqramının, 1 dərs vəsaitlərinin müəllifidir. Dos. əvəzi Əhmədova Arifə Abbasəli qızı 1994-ildə Tacikistan Respublika¬sının Leninabad (indiki Xuçand) şəhər Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini. 1995-ci ildən Gəncə Dövlət Universitetinin coğrafiya kafed¬rasında əvvəlcə müəllim, daha sonra baş müəllim, hal-hazırda isə doset əvəzi vəzifəsində çalışır. 2007-ci ildə «Kecid dövründə hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin xüsusiyyətləri» (Azərbaycan Respublikasının reallıqları timsalında) mövzusunda namizəd¬lik dissertasiyası müdafiə etmiş və Siyasi elmlər namizədi alimlik dərəcəsi adını almışdır. İşlədiyi müddətdə müxtəlif elmi konfrans və seminarlarda iştirak etmi və 29 elmi-məqalə çap etdirmişdir.
B/m Hacıyeva Nəsibə Niyaz qızı 1992-ci ildə BDU-nun coğrafiya fakultəsini bitirmişdir. Həmin ildən Gəncə şəhəri 29 saylı məktəbdə coğrafiya müəllimi işləmişdir. 1996-cı ilin sentyabr ayından isə GDU-nin coğrafiya kafedrasında çalışır.Hal-hazırda kafedranın baş müəllimdir. 2008-ci ildə AMEA-nın Coğrafiya İnstitutunda «Azərbaycan ərazisində sutkalıq maksimum yağıntıların daşqın yaranmasında rolunun tədqiqi» mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır. İndiyədək respublikanın bir çox nüfuzlu elmi məcmuələrində 15 elmi məqalə çap etdirmişdir. B/m İsgəndərov Avtandil Həsən oğlu 1991-ci ildə BDU-nun geologiya-coğrafiya fakultəsini bitirmişdir. Həmin ildən Gəncə şəhəri 18 saylı məktəbdə coğrafiya müəllimi işləmişdir. 1998-ci ilin fevral ayından isə GDU-nin coğrafiya kafedrasında çalışır. 2003-cü ilin may ayından kafedranın baş müəllimdir. GDU-da işlədiyi müddətdə 13 elmi məqaləsi çap olunmuşdur.
B/m Quliyeva Saidə Rəhim qızı 1973-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun «Aqrokimya və torpaqşünaslıq» ixtisasını bitirmişdir.Aspirantura da bitirmişdir. 1992-ci ildən GDU-nun «Kimya-təbiətşünaslıq» kafedrasına işə qəbul olunmuşdur. 1995-ci ildən coğrafiya kafedrasında çalışır. İndiyə qədər 8 elmi məqalənin müəllifidir. B/m Əliyev Şahin Nəriman oğlu 1989-cu ildə ADU-nu «coğrafiya» ixtisası üzrə bitirmişdir. Pedaqoji fəaliyyətə 1990-cı ildə Gəncə şəhəri 4 saylı məktəbdə başlamışdır. 2005-ci ilin mart ayından GDU-də çalışır. 6 elmi məqaləsi çap olunmuşdur. Sadıqov Təvəkgül Tofiq oğlu 2000-ci ildə GDU-ni «coğrafiya» ixtisası üzrə bitirmişdir. 2000-ci ildə GDU-nun magistratura şöbəsinə qəbul olunmuşdur. 2004-cü ildə magistraturanı bitirmiş və həmin ildən GDU-nun coğrafiya kafedrasında çalışır, bu müddətdə 5 elmi məqaləsi çap olunmuşdur.
Kafedra AKTA, ATU, AMİ, GDU-nin əməkdaşlarına elmi-metodik köməklik göstərir. BDU, APU və AMEA Coğrafiya İnstitutu kafedraya tədris materialları ilə köməklik göstərir.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s