Sosial fənlər

Gəncə Dövlət Universitetində əvvəllər marksizm-leninizm kimi fəaliyyət göstərən bu kafedranı fəlsəfə elmləri doktoru, professor, prezident təqaüdçüsü, dörd il 1975-1979 -cu illərdə Gəncə Dövlət Pedaqoji institutunun rektoru işləmiş Qabil Saleh oğlu Seyidov 1968-ci ildə marksizm – leninizm kafedrasının tərkibində kafedranın profilinə uyğun olaraq fəlsəfə kafedrası yaratmışdır. 2001- ci ildə fəlsəfə kafedrası sosial fənlər kafedrası ilə əvəz olunmuşdur.
1968- ci ildə kafedrada 2 nəfər elmi dərəcəli müəllim çalışırdı və kafedraya rəhbərlik (1968-1975-ci illərdə) fəlsəfə elmləri doktoru, professor Qabil Seyidova tapşırıldı. Qabil müəllimin yüksək təşkilatçılığı nəticəsində kafedranın maddi-texniki bazası daha yaxşılaşmışdır.1879-1984-cü ildən sonra kafedraya müdir Məmmədəli Məmmədov olmuşdur. 1984-2001-ci ilə qədər kafedra müdiri vəzifəsinə fəlsəfə elmlər namizədi, dosent Səyyad Məmmədov seçilmişdir. 2001-ci ildən hal-hazıra kimi Sosial fənlər kafedrasına dosent Vəkil Aşırov rəhbərlik edir.
Ali təhsilin Bakalavr təhsil pilləsinin universitetin bütün fakultə və ixtisaslarında politologiya, sosiologiya, fəlsəfə, siyasi fikir tarixi, konstitusiya və hüququn əsasları, iqtisadiyyatın hüquqi tənzimlənməsi, inzibati hüquq, iqtisadiyyatın idarə edilməsi və s. kimi fənlər tədris olunur.
Müəllimlərimiz tərəfindən Ali təhsilin bakalavr pilləsi üçün politologiya və sosiologiya ixtisasına aid fənn proqramları işlənib hazırlanmışdır. Konstitusiya və hüququn əsasları üzrə fənn proqramı işlənib hazırlanıb. Fəlsəfə üzrə fənn proqramı bütün ixtisaslar üçün hazırlanıb. İqtisadiyyatın hüquqi tənzimlənməsi və inzibati hüquqa maliyyə hüququna dair tədris olunan fənlərin proqramının hazırlanması müasir tələblərə cavab verir. Çoxballı qiymətləndirmə sisteminə aid metodik vəsait çap etdirmişik.
Dos. Xəlil İsmayılov, Dos .Ərəstun Əliyev, fəl. elm. nam. Azər Eyyubov, baş müəllim Əlvan Əliyev, fəl. elm. nam. Azər Eyyubov Minskdə, Rostovda, Daşkənddə ixtisasartırma kurslarında olmuşdur. Kafedra müdiri Vəkil Aşırov Kiyev şəhərində, Rostovda , Daşkənd Dövlət Universitetlərində ixtisasartırma kurslarında olmuşdur.
2001-ci il mart ayından Vəkil Aşırov sosial fənlər kafedrasına rəhbərlik edir. Vəkil Aşırov GDU-nun pedaqoji fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. Bakı Dövlət Universitetində fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. 1982-ci ildən dosentdir. Postsovet məkanı dağıldıqdan sonra “Müstəqil Dövlətlər Birliyi müasir geosiyasi məkanda“ adlı doktorluq elmi işini tamamlamış, 2003-cü ildə Kiyev şəhərində müdafiə etmiş, siyasi elmlər doktoru elmi adını Kiyev Ali Attestasiya Komissiyası təsdiq etmişdir. 68- dən çox elmi əsərlərin müəllifidir. Onun xaricdə və ölkədaxili mərkəzi elm jurnallarında vaxtaşırı məqalələri çap olunur.
Kafedranın müavini dosent Xəlil İsmayılovdur. Fəlsəfə elmləri namizədi, dosent Xəlil İsmayılov 1970- ci fəlsəfə elmləri namizədi alimlik dərəcəsini alıb. 1972- ci ildən dosent vəzifəsində işləyir.
Kafedrada 15 nəfər əməkdaş var. 1 nəfər siyasi elmlər dokroru, kafedranın 10 nəfər müəllimindən 5 nəfəri dosent, 3 nəfəri baş müəllim, 1 nəfəri müəllimdir, 5 nəfər isə tədris – köməkçi heyətidir.
Dos. Ə. Xəlilov , dos. X Məmmədov dos. R. Ələkbərov, Baş müəllim Ə. Əliyev çap olunmuş əsərləri aşağıdakılardır. Kafedraların bütün üzvləri sosial fənlərin aktual problemlərinə dair keçirilən konfranslarda keçirilən elmi- nəzəri məruzələrlə vaxtaşırı çıxış edirlər.
Kafedrada dərslik, dərs vəsaiti, tədris-metodiki ədəbiyyatın müzakirəsi və rəy verilməsi ənənə halını almışdır. Kafedra AKTA, BDU, APİ, ATU və universitetlərlə kasfedralararası ənəkdaşlıq edir. Kafedra Kiyev Dövlət Universiteti və Polşa Universitetləri ilə əlaqə saxlayır və elmi əməkdaşlıq edir.
Fəlsəfə elmlər namizədi, baş müəllim Azər Eyyubov 1981- ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, fəlsəfə elmləri namizədidir. 10- dan artıq elmi məqalənin müəllifidir. 1992-1993- cü illərdə GDPİ-də Elmi işlər üzrə prorektor işləmişdir.
Dosent Ələkbərov Rafiq Yusif oğlu 1987-1992- ci illərdə V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakultəsinin xüsusi bölməsində oxuyub. 1995-1998- ci illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında oxuyub. 1999-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində “İkinci Dünya müharibəsindən sonra Türkiyədə İslamın rolu“ mövzusunda dissertasiya müdafiə edib və Rusiya Federasiyasının siyasi elmlər namizədi elmi dərəcəsini alıb. 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti nəzdində İdarəçilik Akademiyasında təkrar attestasiya keçərək Azərbaycan Respublikasının siyasi elmlər namizədi elmi dərəcəsini 2007- ci ildə dosent elmi adını alıb. 16 məqalə, 1 metodik vəsait yazıb. 2005- 2006- cı illərdə ABŞ – da Miçiqan Dövlət Universitetində təcrübə mübadiləsi proqramında iştirak edib.
Sosial fənlər kafedrasının baş müəllimi Əlvan Əliyev Azərbaycan Dövlət Universitetinin ( indiki BDU ) tarix fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1974 – 1977 – ci illərdə ADU – nun ( indiki BDU ) fəlsəfə elmləri üzrə aspiranturasında ( əyani ) oxuyub. 1982 – 1983- cü illərdə sabiq SSRİ – nin Rostov Dövlət Universitetində ixtisasartırma kursu keçib. Respublikanın mərkəzi jurnallarında və məcmuələrdə 40- a yaxın elmi məqaləsi dərc olunub. Bir elmi məqaləsi Varşavada ( Polşa ) çap olunub. Mərkəzi qəzetlərdə isə yüzlərlə məqaləsi nəşr olunub. 1983-1989 – cu illərdə Kirovabad ( Gəncə ) Dövlət Pedaqoli İnstitunu ( indiki GDU ) Xalq Nəzarəti Qrupunun sədri olub. 1992 – 1993- cü illərdə Gəncə şəhəri Nizami rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Hal–hazırda sosial fənlər kafedrasının baş müəllimidir.
Baş müəllim Ramazanova Qərənfil Əhməd qızı gender probleminə həsr olunmuş “ Açıq cəmiyyət institutunun “ xəttilə keçirilən respublika miqyaslı konfransda elmi məruzə ilə çıxış edib.
Müəllim Cəfərov Samir Tofiq oğlu 2007- ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi Hüquqi Tədqiqatlar İnstitutunun dissertantıdır.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s