Xarici dillər

Xarici dillər fakültəsi Gəncə Dövlət Universitetinin aparıcı fakültələrindən biridir. Fakültəmizin məzunları Azərbaycanın bütün rayonlarında çalışırlar. Müasir dövrün tələblərinə cavab verən kadrlar hazırlamaq üçün fakültənin yüksək ixtisaslı kadr potensialı vardır.
Dekan, dosent Allahverdi Həmidov başda olmaqla fakültədə 6 nəfər dosent, 2 nəfər fəlsəfə elmləri doktoru çalışır. Hal-hazırda fakültənin nəzdində aşağıdakı kafedralar fəaliyyət göstərir:
1. leksika və ölkəşünaslıq kafedrası
2. Qrammatika və ingilis dilinin tədrisi kafedrası
3. Fransız dili kafedrası:
4. Alman dili kafedrası:
5. Rus dili kafedras
6. Praktik xarici dillər kafedrası
Fakültə dekanı haqqında məlumat.
Həmidov Allahverdi İsaməddin oğlu 1940-cı il 15 apreldə Dağ. Muxtar Respublikası Axtı rayonunun Uxul kəndində anadan olubdur. Qəbələ rayonunun mətbəəsində işlədikdən sonra Xarici dillər institutunun İngilis-Azərbaycan dili ixtisasına qəbul olub və 1964-cü ildə institutu bitirdikdən sonra təyinatla Gəncə Dövlət universitetində (GDPİ) işləməyə başlayıb. Bir müddət Azərbaycan dilçiliyi kafedrasında, sonra xarici dillər kafedrasında müəllim, kafedra müdiri vəzifəsində çalışıb, 1982-ci ildə müdafiə edib. 2007-ci il 14 fevralda seçki yolu ilə Xarici dillər fakültəsinin dekanı seçilib. YAP-ın üzvüdür.
Xarici dillər fakültəsinin tədris işləri üzrə dekan müavini, filologiya elmləri namizədi, dosent Əsgərov Əjdər Əsgər oğlu. 1952-ci ilin dekabrın 1-də Goranboy rayonunun Goranlı kəndində anadan olub. 1977-1982-ci illərdə M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunda oxuyub, rus dili və ədəbiyyatı müəllimi və tərbiyəçi ixtisasını almışdır. 1982-86-cı illərdə orta məktəbdə rus dili müəllimi işləmişdir. 1986-cı ildən Gəncə Dövlət Universitetinin Rus dili kafedrasında müəllim işləyir. 2004-cü ildə elmlər namizədi dissertasiyasını müdafiə etmiş və filologiya elmləri namizədi, 2006-cı ildə isə dosent adını almışdır.
2007-ci ildən Xarici dillər fakültəsində tədris işləri üzrə dekan müavini işləyir. 2004-cü ildə «Русский йазык » dərsliyin həmmüəllifi, 2005-ci ildə «Русский йазык для историков» dərs vəsaitinin müəllifi, 2007-ci ildə «Avropa və Amerika ölkələrinin yeni tarixi» dərsliyinin tərcüməçisidir.
Xarici dillər fakültəsinin tərbiyə işləri üzrə dekan müavini, baş müəllim Məmmədova Gülnarə Fəzi qızı 1961-ci ilin 17 sentyabrında Samux şəhərində anadan olub. 1980-1985-ci illərdə APXDİ-nun « ingilis və alman dili» ixtisasını bitirmişdir. 1985-ci ildən 2001-ci ilədək müxtəlif orta məktəblərdə işləyib. 2001-ci ildə GDU-nun Xarici dillər kafedrasında müəllim işləyir. 2004-cü ildə «ingilis ədəbiyyatı və nitq praktikası» kafedrasına baş müəllim təyin edilib. ADU-nun ingilis dilinin leksikologiyası kafedrasının dissertantıdır. «Tərcümə problemləri», «Söz yaradıcılığının vasitə və modelləri», «Allahu Əkbər» romanının tərcüməsi haqda», «İngilis dilinin tarixinə dair», «Bir daha söz yaroadıcılığı haqda», «Azərbaycan dilinə tərcümə olunmuş əsərlərdə söz və ifadələrin işlənməsi haqda» məqalələrin müxtəlif illərdə çap olunmuşdur.
Əhmədova Kəmalə Qələndər qızı 2000-ci ildə, Əliyeva Sevda Cəlal qızı 2005-ci ildə, Əsgərov Əjdər Əsgər oğlu 2005-ci ildə, Ələkbərova Kübra İsmayıl qızı isə 2008-ci ildə dosentlik dərəcəsini almışlar.
Bagırova Arzu Nurəddin qızının,Bağırova Sevinc Həsən qızının, Həsənova Viktoriya Süleyman qızının namizədlik dissertasiyaları müdafiəyə təqdim edilmişdir.
2006-cı ildə «Xarici dillərin tədrisinə dair aktual problemlər» adlı Respublika Konfransı keçirilmişdir. Şəhərimizin Rus icması ilə birgə «Qeyri rusların rus dili oyrənilməsinə dair aktual problemlər» adlı Respublika seminarları 2006-cı, 2007-ci, 2008-ci illərdə keçirilmişdir.

  • ADMİN:DƏRYA HƏKİMZADƏ
  • FİKRİNİ PAYLAŞ

    Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

    WordPress.com Logosu

    WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Twitter resmi

    Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Facebook fotoğrafı

    Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Google+ fotoğrafı

    Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Log Out / Değiştir )

    Connecting to %s